Ukraynaya yardım məsələsi Avropanı parçaladı, indi Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələrinə daha az etibar edirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, Ukraynada artilleriya mərmilərinin necə doldurulacağı və onların haradan alınacağı ilə bağlı mübahisə Avropada “daha dərin çat” yaradır ki, bu da son nəticədə “silinməz iz” qoya və Avropaya inteqrasiya layihəsini təhlükə altına qoya bilər.
Agentliyin qeyd etdiyi kimi, Şərqi Avropa ölkələri Qərbi Avropanı Kiyevin ehtiyaclarına qulaq asmamaqda ittiham edir. Eyni zamanda “Bloomberg” qeyd edir ki, Şərqi Avropa Qərbi Avropanı Rusiyanın Ukrayna münaqişəsində qələbəsinə görə “bağışlamayacaq”.
Bir müddət əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Avropa İttifaqı Ukrayna münaqişəsində əsas uduzanlardan biridir. Nebenzya qeyd edib ki, Avropa ölkələrinə “rusofobik zəhər vurulub və nəticədə onlar tamamilə zəhərlənib”.
Nuranə Məmmədova