ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefon danışığı zamanı bildirib ki, ölkəsinin Yaxın Şərqdəki əməliyyatları həyata keçirmək üçün artıq Britaniya bazalarına ehtiyacı yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Ağ Ev rəhbərinin sözlərini anonim mənbə bu cür sitat gətirib:
“Siz bunu müharibədən əvvəl təklif etməli idiniz. İndi artıq çox gecdir”.
Portal həmçinin qeyd edib ki, danışıq martın 11-də baş tutub. Telefon söhbətində ABŞ prezidenti və Britaniya baş naziri ilə yanaşı, “Böyük yeddilik” (G7) ölkələrinin digər liderləri də iştirak ediblər.
Məryəm





















