ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı lider Co Bayden administrasiyasının siyasəti səbəbindən ABŞ-ın cəhənnəmə gedəcəyini bildirib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Bu gün ölkəmiz cəhənnəmə gedir. Amerika Bayden vəzifəyə başlamazdan əvvəl daha güclü, daha zəngin, daha təhlükəsiz və daha inamlı idi”.
O, bu barədə Cənubi Karolinada tərəfdarlarına deyib. Tramp qeyd edib ki, Bayden administrasiyasının siyasəti sayəsində milyonlarla insan ölkəyə axışır.
Keçmiş Amerika lideri hazırkı prezidenti ABŞ tarixinin ən pis prezidenti adlandırıb.
Yeganə