Siyasətçi xatırladıb ki, o, Ukrayna münaqişəsini 24 saat ərzində həll edə bilər.
Elchi.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukrayna ordusuna həddən artıq çox silah və sursat verib, öz ehtiyatlarını tükəndirib.
“O qədər texnika verdik, indi özümüz üçün sursatımız yoxdur.” – deyə siyasətçi CNN telekanalının canlı efirində seçicilərlə görüşündə bildirib.
O, həmçinin qeyd edib ki, “qaliblər və uduzanlar” kateqoriyasında düşünmədiyi üçün heç bir tərəfdən münaqişədə qələbə gözləmir. O, yenidən seçiləcəyi təqdirdə bir gün ərzində bu münaqişəni həll edə biləcəyini də xatırladıb.
Şayəstə Hüseynova