ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı barədə sualları cavablandırıb.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp seçkilərdə iştirakına maneələrin olduğunu bildirib.
O, həmçinin ABŞ-ın artıq cəhənnəmə bənzədiyini söyləyib.
“Biz ölkəni yenidən güclü etməliyik. Ölkəmiz cəhənnəmə döndərildi. Hər şey çox tez pisləşdi. Mən vətənimizi sevirəm və onun üçün nə lazımdırsa, edəcəyəm”, – sabiq prezident ölkənin hazırki rəhbərliyini sərt tənqid edib.