ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı “məxfi dövlət sənədlərini gizlətmək” ittihamı ilə məhkəməyə müraciət etdikdən sonra 2024-cü il prezident seçkiləri üçün kampaniyası üçün 6,5 milyon dollardan çox vəsait toplayıb.
Elchi.az xəbər verir ki, The Hill-in xəbərinə görə, Tramp Mayamidəki federal məhkəmədə sənədləri gizlətdiyinə dair 37 ayrı ittihamı rədd etdikdən sonra Nyu Cersidəki Bedminster qolf kurortunda tədbir keçirib.
Trampın kampaniya komandası Bedminster şam yeməyində 2 milyon dollardan çox ianə toplandığını, kampaniyada onlayn iştirak edən tərəfdarların 4,5 milyon dollar ianə etdiyini açıqlayıb.
Belə ki, Trampın məxfi sənədlərin araşdırılması çərçivəsində ittiham olunmasından sonra seçki kampaniyası üçün toplanan ianələrin ümumi məbləği 6,5 milyon dollara çatıb.
Tramp 2024-cü il prezident seçkilərində namizədliyini açıqladıqdan sonra ilk üç ayda seçki kampaniyası üçün 18 milyon dollardan çox ianə alarkən, ittihamnamənin hazırlanmasından 24 saat sonra ümumilikdə 4 milyon dollar toplanıb.
Şayəstə Hüseynova