NATO ölkələrinin müdafiə nazirləri NATO-nun Brüsseldəki mənzil-qərargahında bir araya gələrək Ukrayna ilə bağlı məsələlərə diqqət ayırıblar.
Elchi.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəni milli müdafiə naziri Yaşar Gülərin təmsil etdiyi iki günlük toplantıya sədrlik edir.
NATO-Ukrayna Komissiyasının iclasında ilk olaraq 31 NATO müttəfiqinin müdafiə nazirləri iştirak edəcək. Daha sonra ABŞ-ın rəhbərliyi ilə yaradılmış Ukrayna Müdafiə Təmas Qrupunun iclası keçiriləcək. Burada Ukraynanın müdafiə naziri Oleksi Reznikov sahədəki prosesləri NATO ölkələrinə çatdıracaq və Ukraynanın hərbi ehtiyacları müzakirə olunacaq.
Nazirlər həmçinin NATO-nun qarşısının alınması və müdafiənin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bu çərçivədə 300 mindən çox əsgərin yüksək hazırlıq səviyyəsinə keçə biləcəyi yeni regional planlar, onlara ciddi hava və dəniz dəstəyi kimi məsələlər dəyərləndiriləcək.
Şayəstə Hüseynova