Cənubi Afrika Respublikası Fransanın TotalEnergies firmasına ölkənin cənub-qərb sahillərində neft və qaz kəşfiyyatı aparmaq üçün lisenziya verib.
Elchi.az xəbər verir ki, TotalEnergies-ə Mineral Ehtiyatlar və Energetika Nazirliyi tərəfindən Keyptaun və Keyp Aqulhas arasındakı sahil zolağından təxminən 10,000 kvadrat kilometr ərazidə karbohidrogen kəşfiyyatı lisenziyası verilib.
Müvafiq olaraq, TotalEnergies-in kəşfiyyat fəaliyyəti maksimum 5 kəşfiyyat quyusu ilə məhdudlaşdırılacaq. Bu ilin son rübündə başlaması gözlənilən kəşfiyyat işlərinin hər quyu üçün 3-4 ay çəkəcəyi gözlənilir.
Lakin Meşə, Balıq Təsərrüfatı və Ekologiya Nazirliyinin bu qərardan 20 gün ərzində apellyasiya şikayəti vermək hüququ var.
Cənubi Afrika məhkəməsi keçən il Shell şirkətinin Keyptaun yaxınlığında neft və qaz kəşfiyyatı lisenziyasını ləğv edib. Bu qərarda Cənubi Afrikalı ekoloqların sıx reaksiyaları təsirli oldu.
Nuranə Məmmədova