“İrandan fərqli olaraq İsrail daha təmkinli davranır. Rəsmi Təl-Əviv İranın zəifliklərini müəyyən edir, öyrənir, daha sonra bunu siyasi dividentlərə çevirir”. Elchi.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev deyib.
“Bir müddət öncə İranın ölkədaxili və xaricdə yerləşən hərbi, strateji obyektlərinə aviasiya zərbələri endirildi. Zərbələrin kim tərəfindən endirildiyi məlum olmasa da, oxlar İsraili göstərirdi.Təl-Əviv bu yolla, əslində, İranın diqqətini yayındırmağı planlaşdırırdı. Prinsip etibarilə də buna nail oldu. Belə ki, həmin aviazərbələrdən sonra İran hələ də növbəti ehtimal zərbələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür. İsrail isə İrana qarşı əsl planını ustaca icra edir.
Mümkündür ki, İsrailin xarici işlər naziri Eli Kohenin Türkmənistana səfəri də məhz eyni məntiqə söykənir. Belə ki, İsrailin Türkmənistanda açacağı səfirlik İranın şimal-şərq sərhədinə 15 mil məsafədə olacaq. Bu İran İslam Respublikasına ən yaxın yəhudi mərkəzi olacaq. Təl-Əviv Türkmənistan üzərindən Xorasan türklərinə təsir imkanı əldə etmək istəyir”.
Havar Şəfiyeva