"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Tolerantlığın Azərbaycanda dərin kökləri var

05 Mart 2015 - 09:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Tolerantlığın Azərbaycanda dərin kökləri var

Bunu da oxuyun

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

İstər dini, istərsə də milli zəmində ölkəmiz bütün dünya üçün açıq bir dövlətdir

Azərbaycan olduqca mürəkkəb, böyük güclərin daim maraq dairəsində olan, bu üzdən məkrli planlardan sığortalanmayan coğrafi məkanda yerləşir. Bölgəmizdə təkcə siyasi baxımdan yox, dini və milli məsələlərdə də həssaslıq var. Tarixən Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri firavan yaşayıb və yaşayır. Onlar burada özlərini sərbəst və rahat hiss edirlər, etnik qrupların vasitəsilə hər hansı təxribatlara cəhd edənlər isə zaman-zaman pərt olublar. Bütün bunlara əsaslanaraq tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir.

 
Azərbaycan cəmiyyəti istər dini, istər milli zəmində sınaqlardan daim üzüağ çıxıb, heç bir təxribatlara uymayıb.
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın 20 faiz ərazisi – tarixən azərbaycanlılara məxsus olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon ermənilər tərəfindən işğal edilib. Hazırda nə Dağlıq Qarabağda, nə də Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur, ermənilər buna qətiyyən imkan verəcək bir millət deyil. Ermənilərin başımıza gətirdiyi müsibətlərə rəğmən, bu gün Bakıda və Azərbaycanın digər bölgələrində 30 min erməni daimi olaraq yaşayır. Onlar Azərbaycanı özlərinə vətən seçiblər, qanunlarımıza əməl edirlər, burada milli və dini mənsubiyyətinə görə təzyiqlərə məruz qalmırlar.
Azərbaycanda bütün dinlərə, təriqət və məzhəblərə (qanunla da qadağan edilən, radikal cərəyanlar istisnadır-red.) və digər millətlərə mənsub olan toplumlara tarixən və bu gün tolerant, dözümlü münasibət bəslənilib. Bu, əlbəttə ki, inzibati metodlar hesabına əldə edilməsi mümkün olan məsələ deyil. Ona görə ki, tolerantlıq hər kəsin fərqli ifadə tərzinə, dini və milli mənsubiyyətinə  hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Ölkəmizdə bu cür münasibətlər sistemi mövcuddur. Bu, təbii ki, Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə millətimizin, xalqımızın xarakteri ilə bağlı olan məsələdir.
Müsəlman dövləti olan Azərbaycanda İslam mənsubları ilə yanaşı xristian, iudaizm və digər qeyri-ənənəvi dinlərə aid xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır.
Bu gün Avropanın bir çox ölkələrində milli və dini zəmində münaqişələr baş verməkdədir. Xüsusilə Avropada İslam dininə və onun daşıyıcılarına qarşı arzuolunmaz münasibət – İslamofobiya müşahidə olunmaqdadır. Avropada yaşayan mühacirlər də bildirirlər ki, onlara orada heç də xoş münasibət bəslənilmir, ən ağır işlərə cəlb olunurlar, hansısa bir bəhanə ilə üz tutduqları ölkədən deportasiya edilirlər. Azərbaycanda isə əcnəbilərə münasibət tamamilə fərqlidir.
Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu tarixi ənənənin qorunub saxlanılmasında dövlətin də rolu çox böyükdür. Əlbəttə ki, dini və milli tolerantlıq həm də insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərindəndir. Bu baxımdan dövlət tolerantlığın daha da inkişaf etməsində maraqlı olmaya bilməz. Eyni zamanda Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların fəaliyyəti də danılmazdır.
Azərbaycanda tarixən tolerantlıq ənənələrinin olması və bu gün də davam etməsi həm beynəlxalq təşkilatlar, istərsə də dünyanın nüfuzlu din xadimləri, din mərkəzləri səviyyəsində təsdiqini tapmış faktdır. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünyanın nüfuzlu din xadimləri dəfələrlə ölkəmizə səfərlər ediblər. Roma Papasından tutmuş Rus Pravoslav Kilsəsinin rəhbərinə, Konstantinopol patriarxına qədər nüfuzlu din xadimləri Bakını, burada insanlara göstərilən münasibəti gördükdən sonra bir həqiqəti söyləyiblər; deyiblər ki, Azərbaycan təkcə neft ixrac edən ölkə deyil, o, elə Qərbin özünə tolerantlıq ənənələri ixrac edəcək bir ölkə ola bilər.
BMT, ATƏT rəsmiləri, Azərbaycan üzrə məruzəçilər dəfələrlə bəyan ediblər ki, Azərbaycanda tolerantlığın böyük bir tarixi ənənələri var.
İndiyə qədər hansısa bir şəxs dini və milli mənsubiyyətinə görə Azərbaycanda ona dözümsüz münasibət göstərilməsindən şikayətlənməsi faktına rast gəlinməyib. Bu da ondan irəli gəlir ki, Azərbaycan tarixən tolerant münasibət nümayiş etdirən bir ölkə olub. Azərbaycanın özünəməxsus dini və milli ənənələri var, lakin burada yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır. Bu gün Azərbaycanın dövlət strukturlarında, hətta rəhbər orqanlarda, parlamentdə kifayət qədər başqa millətlərə və dinlərə aid olan şəxslər çalışır.
Azərbaycan bu baxımdan tolerantlıq anlamında bir model kimi nümunə ola bilər. Yeri gəlmişkən, bütün beynəlxalq hesabatlarda Azərbaycanda tolerantlıq olduğu xüsusi vurğulanır və bundan məmnunluq duyulduğu qeyd edilir.
Dünyanın müxtəlif bölgələrində, hətta bu gün bizlərdən tolerantlıq tələb edən Avropada zaman-zaman yəhudilərə qarşı bir basqı olub. Nəzərə çatdıraq ki, 2500 ilə yaxındır yəhudilər bir toplum olaraq Azərbaycanda yaşayırlar. Yəhudilər Sasanilərin dövründən burada məskunlaşmış bir etnosdur. Lakin tarixin heç bir dövründə yəhudilərə qarşı nə milli, nə dini, nə də məişət zəminində heç bir arzuolunmaz münasibət olmayıb. Bu gün Bakı Dövlət Universitetində ivrit fakültəsi var. Fransa kimi dünyanın beşiyi sayılan bir ölkədə isə yəhudi qəbiristanlığı, sinaqoqları dəfələrlə təhqir olunub. Azərbaycanda belə hadisələrə heç zaman rast gəlinməyib. Dünyada yəhudilərin kompakt yaşadığı iki məkan var; biri Yerusəlim, biri də Quba. Bütün bunlar onu göstərir ki, istər dini, istərsə də milli zəmində Azərbaycan bütün dünya üçün açıq bir dövlətdir.
Bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahu Danimarkanın paytaxtı Kopenhagenin ən böyük sinaqoqunda baş verən qanlı hadisədən sonra Avropada yaşayan yəhudiləri İsrailə köçməyə səsləmişdi. Bu bəyanatdan sonra müsavat.com-a açıqlama verən Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov bildirmişdi ki, Azərbaycanda yəhudiləri körpə uşağı bəsləyən kimi bəsləyirlər. Sitat: “Bizim cəmiyyətdən, hökumətdən, prezidentdən heç bir umacağımız, Azərbaycan xalqından umu-küsü etmək üçün heç bir problemimiz yoxdur. İtaliyada, Fransada baş verənlərin ardınca Danimarkada eyni hadisələr baş verdi. Sabah başqa yerdə baş verə bilər. Amerikanın özündə də məktəblərdə yəhudi uşaqlar qətlə yetirilir. Bu gün Avropanın durumunda nə ksenofobiya, nə islamofobiya, nə iudazim məsələləri tam həll olunmayıb. Millətlər orda tərəddüd içindədir… Bu gün Avropada gedən proseslər 1938-39-cu illərin təkrarıdır. O vaxt da belə idi, yəhudilər üçün fəlakət hazırlanırdı, bu gün də qorxu var. Lakin bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Şükürlər olsun ki, Azərbaycan tolerant dövlətdir. Cənab prezidentin milli məsələlərlə bağlı siyasətini tam müdafiə edirik”.
***
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi yönündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər də intensivləşib. Bir neçə gün öncə Dövlət Komitəsində keçirilən geniş müşavirədə komitənin sədri Mübariz Qurbanlı maarifləndirmə məqsədilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruri olduğunu söyləyib. Komitə sədri bildirib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
“Cümə” icmasının imam-camaatı, ilahiyyatçı-filosof, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu bildirir ki, Azərbaycanda tarixən dini və milli zəmində tolerantlıq mövcud olub, bunun dərin tarixi kökləri var: “Ümumiyyətlə,  söhbət insanların birgə yaşayışından gedirsə, sözsüz ki, inancımızın bununla bağlı birmənalı tövsiyəsi var. Qarşılıqlı diqqət, qarşılıqlı ehtiram və sayğı, mərifətlilik kimi birmənalı göstərişlər vardır. Hesab edirəm ki, sağlam düşüncə tərzində birgə yaşayış şərtləri, normaları baxımından bunlar olduqca mühüm və vacibdir, çox ciddi təmin olunmalıdır. Eyni zamanda təəssüflə onu da qeyd etməliyik ki, biz günümüzdə tolerantlıqdan sui-istifadə cəhdlərinə də rast gəlməkdəyik. İŞİD hadisələri göstərdi ki, lazımsız tolerantlıq bu cür qəddarlıqlara gətirib çıxarır. Ona görə də toplumun içərisində bu cür təkfirçiliyə, radikallıqlara qarşı bir immunitet də olmalıdır ki, onlar öz bəd əməllərini həyata keçirməyə imkan tapmasınlar. Həmçinin bəzi beynəlxalq güclərin də öz maraqlarını təmin etmək üçün tolerantlıqdan bir alət kimi istifadə etməyə cəhd göstərmələri müşahidə olunur. Bu da yolverilməzdir”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Previous Post

Tolerantlığın Azərbaycanda dərin kökləri var

Next Post

ABŞ ordusu Polşada təlim keçir

Bənzər yazılar

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44

2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Elchi.az-a Elm...

Next Post

ABŞ ordusu Polşada təlim keçir

ABŞ ordusu Polşada təlim keçir

Son xəbərlər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

27 Oktyabr 2026 - 18:13
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

27 Oktyabr 2026 - 18:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.