Tokionun şərqində 5 bal gücündə zəlzələ baş verib

55

Yaponiyanın paytaxtı Tokionun şərqindəki Çiba əyalətində 5 bal gücündə zəlzələ baş verib.

Elchi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yerli vaxtla saat 19:04-də Çibanın şimal-qərbində 5 bal gücündə zəlzələ qeydə alınıb.

70 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra “nəhəng dalğa” xəbərdarlığı olmayıb.
Zəlzələ bütün paytaxtda və ətrafdakı Sayama, Kanaqava və İbaraki ştatlarında hiss olunub.
Çiba ştatı Sakit Okeanın sahilində yerləşir.

Şayəstə