Yaponiya NATO sisteminə sürətləndirilmiş templə inteqrasiya etməyə çalışır.
Elchi.az xəbər verir ki, Çinin Rusiyadakı səfiri Çan Hanxuy “TASS” üçün yazdığı məqalədə bu barədə xəbərdarlıq edib.
Diplomat qeyd edib:
“Tokio NATO-nun müvafiq hərbi mexanizmlərində iştirak etməyə fəal şəkildə çalışır və Şimali Atlantika Alyansı sisteminə inteqrasiyasını sürətləndirir”.
O, vurğulayıb ki, Yaponiya hakimiyyətinin addımları ölkə konstitusiyasının sülhsevər mahiyyətini “sistemli şəkildə aşındırır” və təhlükəsizlik strategiyasının müdafiə xarakterindən hücum xarakterinə keçidini sürətləndirir.
Onun sözlərinə görə, Yaponiya hökuməti beynəlxalq ictimaiyyətin tənqidlərini görməzdən gəlir, həmçinin digər ölkələrin işlərinə qarışmasını və onlara qarşı güc tətbiq etmək təhdidlərini əhəmiyyətsiz kimi təqdim edir.
Çin səfiri həmçinin Tokionu nüvə silahları məsələsində odla oynamağı dayandırmağa çağırıb. O bildirib ki, əgər Yaponiya öz nüvə silahlarını yaratmaq qərarına gəlsə, Şimal-Şərqi Asiyada strateji tarazlıq tamamilə pozulacaq.
Yeganə





















