Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurasında islahatlar tələb etdiyini bildirib və əlavə edib ki, təşkilat dünyada yeganə universal təşkilat olaraq qalır.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Biz Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılandan bəri qurulan dünya nizamının əsaslarının sarsıdılmasının şahidi oluruq”, – deyə Tokayev bildirib.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın maliyyə naziri və baş nazirin müavini Yerulan Jamaubayev respublikanın eks-prezidenti Nursultan Nazarbayevin ofisinin dağıdıldığını açıqlamışdı.
Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu ilin fevralında Elbası (“millət lideri”), yəni respublikanın ilk prezidenti haqqında konstitusiya qanununu qüvvədən salıb. Beləliklə, siyasətçi Nazarbayevlə bağlı istənilən mesajı Konstitusiyadan silib və onun bütün imtiyazlarını ləğv edib.
Yeganə