Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçiriləcək sessiyasında iştirak etmək üçün İrəvana gəlib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov və Tacikistan prezidenti Emoməli Rəhmonun iştirakı gözlənilir. İclasda eyni zamanda KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək.
Təhlükəsizlik Şurasının üzvləri sessiyalar arası dövrdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. İclas zamanı KTMT bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Yeganə