"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“The New York Times” Qarabağdan reportaj yaydı: “Tərəflər açıq müharibəyə doğru gedir”

02 Fevral 2015 - 13:51
in GÜNDƏM
FacebookVatsap

“The New York Times” Qarabağdan reportaj yaydıgedir”Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu getdikcə artan gərginlik, toqquşmaların şiddətlənməsi beynəlxalq medianın diqqətini hər an açıq müharibəyə çevrilmək riski daşıyan Qarabağ münaqişəsinə yönəldib.

Virtualaz.org saytı xəbər verir ki, “The New York Times” qəzetinin əməkdaşı Devid M.Herszenhorn Ağdamdan hazırladığı reportajda yanvar ayından bəri Azərbaycan və Ermənistan arasında vəziyyətin kəskinləşməsindən, hər iki tərəfdən “onlarla əsgərin həlak olmasından” və tərəflərin təhlükəli şəkildə açıq müharibəyə doğru sürüklənməsindən bəhs edir.

Bunu da oxuyun

“Azəripək” “Azərxalça”ya birləşdirilir – FƏRMAN

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Formula 1-lə bağlı viza proseduru sadələşdirilir – SƏRƏNCAM

Amerikalı jurnalist yazır ki, yanvar ayı Qarabağda qanla boyanıb, atışmalar, artilleriya qurğularından yaylım atəşləri və raket atışları baş verib. Təkcə yanvarın 23-də təmas xəttinin şimal istiqamətində gedən şiddətli atışmada azı 2 erməni əsgəri ölüb, bir neçəsi yaralanıb. Minomyotlardan və qumbaraatanlardan da istifadə olunduğu atışmalarda Azərbaycan ordusu da 3 hərbçisini itirib.

Devid M.Herszenhorn

Toqqşmaların get-gedə artması həmsədrlərin ötən həftə Polşanın Krakov şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı qeyri-adi şəkildə sərt bəyanatla çıxış etməsinə səbəb olub.

“Ötən ildən başlayan və artmaqda olan zorakılıqlar dayandırılmalıdır. Biz Azərbaycanı münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə sadiq qalmağa çağırırıq, həmçinin Ermənistanı gərginliyi azaltmaq üçün bütün tədbirləri görməyə çağırırıq” – həmsədrlər bildiriblər.

Qəzet yazır ki, buna baxmayaraq atışmalar daha da güclənib. Ötən həftə Azərbaycan Müdafiə Nazirliyi Ağdam istiqamətində, vaxtilə 40 mindən çox azərbaycanlının vətəni olan, ancaq erməni qüvvələri tərəfindən işğal olunduqdan sonra 20 ildən çoxdur xəyalət şəhərə çevrilən şəhər ətrafında erməni pilotsuz təyyarəsini vurduğunu elan edib. Gözlənilir ki, gərginlik bu il ərzində daha da artacaq, çünki Ermənistan “soyqırım”ın 100 illiyini qeyd etməyə hazırlaşır.

Qəzet yazır ki, münaqişə dağlıq əraziyə görə İrəvanla Bakı arasında yaşansa da onun yenidən alovlanması Rusiya, Türkiyə və İranın da cəlb olunduğu irimiqyaslı müharibəyə gətirib çıxara bilər.

Bildirilir ki, son zamanlar artan gərginlik tərəflər arasında sakitcə gedən silahlanma yarışının nəticəsidir. Xüsusən də neftlə zəngin Azərbaycan öz arsenalını güclü silah növləri ilə getdikcə daha çox artırır.

Rusiya isə hər iki tərəfi silahla təchiz edən əsas ölkədir. Baxmayaraq ki, Rusiya Minsk Qrupunun həmsədridir. Qəzet Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarından sitat gətirir. Yazır ki, Azərbaycan prezidenti Minsk Qrupunun rəhbərlərini Ermnistanı işğal etdiyi əraziləri boşaltmağa məcbur etməyə çağırıb.

“Həqiqət bundan ibarətdir ki, ərazilərimizin davam edən işğalı təkcə Ermənistanın işi deyil. Ermənistan aciz və kasıb ölkədir. O, çarəsiz vəziyyətdədir. Əlbətdə, Ermənistanın müxtəlif paytaxtlarda ciddi himayəçiləri olmasaydı, bu münaqişə çoxdan həll edilmişdi” – İlham Əliyev Nazirlər Kabinetinin son toplantısındakı çıxışında deyib.

Azərbaycan prezidenti bu il ölkənin hərbi xərclərinin Ermənistanın 2,7 milyard dollarlıq büdcəsindən xeyli artıq olacağını da deyib.

Ermənistan prezidenti Serj Sərkisyan isə buna öz hədələri ilə cavab verib: “Qızmış beyinlər sürprizlər gözləməlidir”.

Qarabağ üzrə ekspert Tomas de Vall vəziyyəti şərh edərək deyir ki, 15 il əvvəl də vəziyyət pis idi. Ancaq o vaxt hər iki tərəfdən “bir ovuc səngərdə bir ovuc əsgər” öz adi silahları ilə dayanmışdı.

“İndi isə hər iki tərəfdə böyük miqdarda ağır silahlar var, bəzən tərəflərin mövqeləri bir-birindən cəmi 100 metr məsafədə yerləşir” – deyə Tomas de Vall bildirib.

O, əlavə edib ki, stavka hər il artır. Ekspert hər iki tərəfdən qaçqınlar, müharibə veteranları, rəsmilər, hərbçilər və digərləri ilə söhbətlərin nəticəsi olaraq deyir ki, tərəflər sülhdən daha çox müharibəyə hazırdır.

“Bizdə məsəl var”- Azərbaycan Müdafiə Nazirliyindən polkovnik Abdulla Qurbani amerikalı jurnalisti təmas xəttinin Azərbaycan tərəfinə səyahət zamanı müşayiət edərkən deyir: “Torpağa su qarışanda palçıq olur, qan qarışanda isə bu torpaq vətəndir”.

“The New York Times”in əməkdaşı təmas xəttini keçərək Ağdam xarabalıqlarına baş çəkib, oradan işğal altındakı Şuşa şəhərinə gedib. Şuşa şəhərində qanunsuz məksunlaşmış erməni Anaida Qabrielyan amerikalı jurnalistlə söhbətində deyib ki, “bizim torpaqlarımız qanla suvarılıb”.

Şuşada yaşayan digər erməni qadın Qayane Avakyan isə deyir ki, onlar azərbaycanlıların bu şəhərə qayıtmasına yol verməyəcəklər.

“Çünki bura bizim torpaqlarımızdır” – erməni qadın bildirib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhərinin icra başçısı Bayram Səfərov isə öz növbəsində deyir ki, azərbaycanlıların yeganə məqsədi Şuşaya qayıtmaqdır.

“Mən oradakı hər daşı tanıyıram”- Səfərov deyir.

Qəzet adının açıqlanmasını istəməyən qərbli diplomatın da fikirlərinə yer verib. Diplomat bildirib ki, indi hər iki prezident xalqların sülhə hazır olmadığını etiraf edərdi. Reportajda deyilir ki, Azərbaycanda hələ də on minlərlə qaçqın ağır vəziyyətdə yaşayır.

Daha sonra Xankəndində yaşayan keçmiş Bakı ermənisi İrina Xaçaturyanın fikirlərinə yer verilir. Xaçaturyan deyir ki, Bakıya qayıtmağı çox arzulayır. O, 25 ildir Xankəndində məskunlaşdığını desə də ora isinişə bilmədiyini, özünü iynə üstündə oturmuş kimi hiss etdiyini deyir.

Qəzet qeyd edir ki, Dağlıq Qarabağın inzibati paytaxtı olan Xankəndində aerport var, ancaq işləmir. Və regionun erməni liderləri danışıqlar prosesində formal rola malik deyillər.

Previous Post

“The New York Times” Qarabağdan reportaj yaydı: “Tərəflər açıq müharibəyə doğru gedir”

Next Post

Azərbaycan aid qızıl "iPhone"lar necə hazırlanır? (FOTO)

Bənzər yazılar

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan mühüm iştirakçıya çevrilib

“Azəripək” “Azərxalça”ya birləşdirilir – FƏRMAN

25 Avqust 2026 - 16:38

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb. Elchi.az-ın xəbərinə...

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25 Avqust 2026 - 16:34

Prezident İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər...

Prezident 2 fərman imzaladı

Formula 1-lə bağlı viza proseduru sadələşdirilir – SƏRƏNCAM

25 Avqust 2026 - 16:32

Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan...

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya dair mövqeyini yüksək qiymətləndirib

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya dair mövqeyini yüksək qiymətləndirib

25 Avqust 2026 - 16:05

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə təşəkkür edib. Elchi.az xəbər verir...

Next Post

Azərbaycan aid qızıl "iPhone"lar necə hazırlanır? (FOTO)

Azərbaycan aid qızıl "iPhone"lar necə hazırlanır? (FOTO)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

25 Avqust 2026 - 20:24
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

25 Avqust 2026 - 20:22
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

25 Avqust 2026 - 20:21
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bu şəhərdə qaz olmayacaq

25 Avqust 2026 - 19:25
Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

25 Avqust 2026 - 19:18
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

25 Avqust 2026 - 19:16
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

25 Avqust 2026 - 19:08
Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

25 Avqust 2026 - 18:56
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 18:47
“Qarabağ” – “Tvente” matçına bilet satışı erkən dayandırılacaq

“Qarabağ” – “Tvente” matçına bilet satışı erkən dayandırılacaq

25 Avqust 2026 - 18:36
Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü – Son rəqəmlər

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü – Son rəqəmlər

25 Avqust 2026 - 18:28
Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

25 Avqust 2026 - 18:21
“Tvente” “Qarabağ”la 17 il öncəki qarşılaşmadan yazdı – FOTO

“Tvente” “Qarabağ”la 17 il öncəki qarşılaşmadan yazdı – FOTO

25 Avqust 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.