Elchi.az “The Hill”-ə istinadən xəbər verir ki, Qərb ölkələri Rusiya neftinin tədarükünün qiymət tavanının təsdiqindən sonra enerji sektorunda ciddi geriləmə ilə üzləşəcək.
Köşə yazarı Peter Doranın fikrincə, bu gün dünya bazarlarında pulsuz yanacaq faktiki olaraq yoxdur. O, Moskvaya qarşı yeni məhdudiyyətlərin tətbiqindən sonra neftin qiymətinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırıb.
“Rusiya Federasiyasından neftin qiymətinin tavanı yaxınlaşan tarixi fiaskonun bütün əlamətlərinə malikdir”, – müəllif qeyd edib.
Jurnalist hesab edir ki, Qərbin sanksiyaları Rusiya Federasiyasının gəlirlərini azaltmaq üçün “zərif həll yolu” deyil. Müşahidəçinin izah etdiyi kimi, neftin bir barreli üçün 60 dollar səviyyəsində müəyyən edilmiş qiymət tavanı Rusiyada iqtisadi vəziyyəti pisləşdirməyəcək, çünki xammalın çıxarılmasının dəyəri 20-40 dollar diapazonundadır.
Bundan əvvəl məlum olmuşdu ki, Avropa İttifaqı Rusiya neftinə tavan qiymətinin tətbiqi ilə bağlı qərarı nəhayət təsdiqləyib. Dəyişikliklər 5 dekabr 2022-ci il tarixindən qüvvəyə minəcək.
Şayəstə