Bir hərf səhvi, 124 illik şirkəti batırdı. Böyük Britaniyada dövlət nəzdindəki Şirkətlər Departamentinin işçisinin səhlənkarlığı ölkə büdcəsinə 17 milyon dollar ziyan vurub, Uelsdə bir əsrdən çoxdur nəsildən nəsilə keçən ailə şirkəti iflasa sürüklənib.
ATVxəbər.az bildirir ki, Şirkətlər Departamenti ənənəvi olaraq kredit dərəcələndirmə təşkilatlarına ölkədə hansı şirkətin iflas etdiyi, hansı şirkətin iqtisadi durumunun yaxşı olduğu ilə bağlı raport yazıb. Həmin məruzədə Teylor ənd Son şirkətinin iflas etdiyi öz əksini tapmalı, kredit təşkilatları artıq bu şirkətin fəaliyyət göstərmədiyi ilə bağlı məlumatlandırmalıydı. Ancaq raportu yazan işçi səhvən teylor ənd son əvəzinə teylor ənd sons yazıb. Sən demə, səhvən yazılan bu adda, 124 ildir fəaliyyət göstərən başqa bir şirkət var imiş. Raportu alan dərəcələndirmə təşkilatı bütün sahibkarlara “teylor ənd sons” şirkətinin çökdüyü ilə bağlı məlumat ünvanlayıb. Beləliklə, müştərilər əslində çiçəklənmə dövrünü yaşayan şirkətdən imtina edib və şirkət götürdüyü iri həcmli kreditləri ödəyə bilməyib.
Ali məhkəmə bir hərf səhvinin atadan oğula qalmaqla 5 nəsil dəyişən şirkətin çökməsinə səbəb olduğunu təsdiqləyib. Bu həm də o deməkdir ki, indi Böyük Britaniya hökuməti dövlət büdcəsindən batan şirkətə 17 milyon dollar təzminat ödəməli olacaq.
Birləşmiş Ştatlar Salvadora Haitidə hərbçilərin xilasedilməsi əməliyyatının keçirilməsi üçün hərbi yardım göstərməkdən imtina edib. Elchi.az xəbər verir ki, bu barədə...
Filippinin Luson adasında Mayon vulkanının püskürməsi baş verib. Elchi.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat...
Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Ukrayna münaqişəsindən yaranan yorğunluq fonunda avropalılara Kiyevə dəstəyin zəruriliyini izah etmək getdikcə...