Milli Müdafiə Nazirliyi (MSB) Şimali İraq və Suriyada terrorçuların hədəflərinin atəşə dəstək maşınları ilə vurulmağa davam etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, MSB sosial media hesabında terrorçuların hədəflərinin atəşə dəstək maşınları ilə vurulduğu anların görüntülərini paylaşıb.
“Terrorçular qazdıqları xəndəklərdə basdırılmağa məhkumdurlar”
Yazıda aşağıdakı ifadələr yer aldı:
“Şimali İraq və Suriyadakı terror hədəfləri atəş dəstəyi vasitələri ilə vurulur. Şəhidlərimizi və günahsız uşaqlarımızı hesaba çəkməyə davam edirik. Terrorçular qazdıqları səngərlərdə xəyalları ilə birlikdə basdırılmağa məhkumdurlar”.
Şayəstə