Tayvan: Adanın ətrafında 31 Çin hərbi təyyarəsi və 10 gəmi görünür

Bildirilib ki, Tayvan adası ətrafında 31 Çin hərbi təyyarəsi və 10 gəmi aşkarlanıb.
Elchi.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin X hesabından verilən açıqlamada, bu səhər saatlarından etibarən 31 hərbi təyyarənin Tayvan adasının ətrafında uçduğu müşahidə edildiyi açıqlanıb.
Açıqlamada, təyyarələrdən 22-nin Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən median xətti keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Bölgəsi (ADIZ)” elan etdiyi ərazinin şimal, mərkəz, cənub-qərb və şərq hissələrində uçduğu bildirilib.
Açıqlamada, həmçinin adanın ətrafında Çin donanmasına aid 9 döyüş gəmisi və 1 "rəsmi gəmi"nin təsbit edildiyi, Tayvan ordusunun vəziyyəti izlədiyi və reaksiya verdiyi bildirilib.
Çinin öz ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Materik Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılma və suverenlik mübahisəsi davam edir. Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanı materiklə birləşdirmək üçün lazım gələrsə, güc tətbiq edə biləcəyini vurğulayır.
Şayəstə Hüseynova