"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Tarixçi-alim: Fövqəladə Təhqiqat Komissiyasının sənədləri 1918-ci il soyqırımı faktlarını üzə çıxarıb

01 Aprel 2026 - 15:14
in CƏMİYYƏT
FacebookVatsap

Tarixi sənədlər sübut edir ki, ermənilər 1918-ci ildə Bakı, Şamaxı, Quba, Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir və Azərbaycanın başqa bölgələrində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərində Bakı və Gəncə quberniyalarının bir çox qəzalarında soyqırımı, qarət və yanğınlar zamanı zərər çəkmiş qeyri-müsəlmanların şahid ifadələri ermənilərin cinayətkar əməllərinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış, 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş FTK-nın topladığı materiallar 36 cild və 3500 vərəqi əhatə edir.

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

Bu fikirlər AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Vaqif Abışovun AZƏRTAC-a təqdim etdiyi “Bakı və Gəncə quberniyalarında azərbaycanlıların soyqırımı” məqaləsində yer alıb. Məqalədə bildirilir ki, erməni daşnakları bolşevik bayrağı altında əlverişli mövqedən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-dək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. O zaman 12 mindən çox dinc insan amansızcasına öldürülmüşdü.

1918-ci ilin sentyabrında Azərbaycan-Türk ordusunun Bakıya daxil olmasından sonra FTK sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı ilə komissiya üzvü Mirzə Cavad Axundzadə və fotoqraf Litvinov ermənilər tərəfindən dağıdılmış ictimai və şəxsi binaların siyahısını tərtib ediblər. Həmin sənəddə Nikolayevsk küçəsindəki “Kaspi” qəzetinin redaksiya binasının dağıdıldığı, həmçinin Müsəlman Xeyriyyə Cəmiyyətinin “İsmailiyyə” binasının şərq tərəfinin zərər gördüyü qeyd olunub. Dağıntılar əsasən müsəlmanların yaşadığı binaları əhatə edib, Bazar küçəsində yerləşən Xanlarovun evi (“Dağıstan” mehmanxanası), keçmiş “İsgəndəriyyə” mehmanxanası və Bazar ilə Qubernski küçələrinin kəsişməsindəki “İslamiyyə” mehmanxanası tamamilə yararsız hala salınmışdı. Eyni zamanda, şəhərin dini mərkəzləri hədəf alınıb, top atəşləri nəticəsində Təzəpir məscidinin cənub və şərq hissələri, Şah məscidinin (Xan məscidi) minarəsinin şərq tərəfi ciddi zədələnmişdi.

Erməni silahlı dəstələri Qubada da kütləvi qırğınlar törətmişdilər. Ümumilikdə Quba qəzası üzrə 167 kənd dağıdılıb, 4 mindən çox insan öldürülmüşdü.

Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min nəfər öldürmüşdü (arxiv sənədləri üzərində aparılan yeni tədqiqatlar nəticəsində 122 kənd üzrə öldürülənlərin sayı 8023 nəfər qeyd alınıb). Hətta S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etməyə məcbur olmuşdu.

1918-1919-cu illərdə erməni silahlı dəstələrinin Cəbrayıl qəzasında törətdikləri vəhşilikləri haqqında FTK-nın üzvü Mixaylovun məruzəsində geniş məlumatlar verilir. Məruzədə Cəbrayıl qəzasının ciddi ziyan görmüş 26 kəndinin tam siyahısı öz əksini tapıb.

Gəncə quberniyasının ən çox ziyan çəkən qəzalarından biri də Şuşadır. Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanmışdı.

Ümumilikdə Cavanşir, Cəbrayıl, Şuşa, Zəngəzur qəzaları üzrə 166 kənd dağıdılıb, 30 mindən çox dinc insan türk-müsəlman əhalisi soyqırımına məruz qalmışdı.

Cümhuriyyət dövründə Gəncə quberniyasına daxil olan Zəngəzur, Cavanşir Cəbrayıl və Şuşa qəzaları Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı. Lakin 1920-ci il aprelin 28-də rus-sovet ordusu Azərbaycanı işğal etdikdən sonra Sovet hökuməti Zəngəzurun bir hissəsini (Qərbi Zəngəzuru) ermənilərə verdi, Qarabağı isə iki hissəyə paçalayaraq (dağlıq və aran Qarabağ) gələcəkdə tamamilə ermənilərə vermək üçün, onun dağlıq hissəsində erməni əhalisinin sayı süni olaraq artırıldı. Bu da 1923-cü ildə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması, 1988-1994-cü illərdə isə sovet hökumətinin köməyi ilə həmin ərazilərin, eləcə də ona bitişik rayonların ermənilər tərəfindən işğal olunması ilə nəticələnmişdi.

Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirləri nəticəsində işğalçı erməni ordusunu torpaqlarımızdan birdəfəlik qovuldu. Bununla da Azərbaycan dövləti öz suveren hüquqlarını Vətənimizin bütün sərhədlərində bərpa etdi.

Previous Post

Sosial şəbəkələrdə manipulyasiya: “saxta qəhrəmanlar” və siyasi çürümə prosesi – RƏY

Next Post

Vaqif Cavadova yeni vəzifə verildi

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post
Vaqif Cavadova yeni vəzifə verildi

Vaqif Cavadova yeni vəzifə verildi

AFFA bu klubu cərimələdi

AFFA bu klubu cərimələdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.