ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun tarif siyasəti və rüsumların tətbiqi ABŞ-ı “ölü ölkə”dən “dünyanın ən isti ölkəsi”nə çevirərək diriltdi.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Tariflər Amerikanı yenidən böyük və zəngin edir. Onilliklər ərzində onlar ABŞ-a qarşı uğurla istifadə olunub və tamamilə axmaq, pafoslu və korrupsioner siyasətçilərlə birlikdə ölkəmizin gələcəyini və hətta onun mövcudluğunu riskə atıb.
İndi külək tamamilə dəyişdi və Amerika ona yönəlmiş tarif hücumunu uğurla dəf etdi. Bir il əvvəl Amerika ölü ölkə idi, indi isə dünyanın ən isti ölkəsidir. Hamını təbrik edirik! “,-deyə o, “Truth Social”da yazıb.
Yeganə


















