İnsan və tarakanların üz-üzə gəldiyi bu qəribə hadisə Yaponiyada baş verib. Tarakanı öldürmək istəyərkən təsadüfən yaşadığı mənzildə partlayış törədib. Hadisə sosial mediada geniş işıqlandırılıb və bir çox istifadəçi bu qeyri-adi vəziyyəti yumor mövzusuna çevirib.
Elchi.az xəbər verir ki, 54 yaşlı yapon tarakanı öldürmək istəyərkən təsadüfən mənzilində partlayış törədib.
Bildirilir ki, həmin şəxs dekabrın 10-da zərərvericini məhv etmək üçün həddən artıq miqdarda pestisiddən istifadə edib və bu, Xirosimadan təxminən 370 km cənub-qərbdə, Kyuşu adasındakı Kumamotodakı mənzilində gecə yarısı partlayışa səbəb olub.
Independent Turkish-nin verdiyi xəbərə görə, polis mənzil sakininin yüngül xəsarət aldığını və yapon qızdırıcısı kotatsu masasının yanında yanıq izləri aşkarladığını bildirib.
Şayəstə Hüseynova