“Avropa Rusiyaya qarşı müharibə aparır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov bu bəyanatı “Valday” Diskussiya Klubunun 23-cü iclasında jurnalistlərlə söhbət zamanı səsləndirib.
İştirakçılardan biri Lavrovdan soruşub ki, o, Rusiyanın guya Avropa ölkələrinə qarşı gizli hibrid müharibə apardığını qəbul edirmi.
“Britaniya və kontinental Avropanın Ukraynaya tədarük etdiyi və sonradan bizə qarşı atılan dron və raketləri məhv etməyimizi nəzərdə tutursunuz? Bunumu demək istəyirsiniz?” -, deyə Lavrov belə soruşub.
Sualı verən şəxs “məsələn” sözü ilə cavab verdi.
“Əgər silahlarınızın bizə zərbə endirmək üçün istifadə olunduğunu və bizim onları vurduğumuzu qəbul edirsinizsə, buna istədiyiniz adı verin. Lakin şübhəm yoxdur ki, bu, Avropanın bizə qarşı apardığı müharibədir – biz bunu uzun müddətdir deyirik”,– deyə Rusiya xarici işlər naziri bildirdi.
Lavrov həmçinin qeyd etdi ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərdə gərginlik yaradan məsələlərin aradan qaldırılması ilə bağlı təmaslar hələ baş tutmayıb və konkret vaxt çərçivələri üzrə razılıq əldə edilməlidir.
Yeganə





















