"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Tanınmış soydaşımız, UFC döyüşçüsü Rafael Fiziev “Azərbaycanın Qüruru” ordeni ilə təltif olunub

24 İyun 2026 - 11:18
in XƏBƏR LENTİ
FacebookVatsap

“Azərbaycanım” beynəlxalq jurnalı redaksiyasında tanınmış soydaşımız, “Muay tay” döyüş üslubu ilə dünyada şöhrət qazanmış UFC döyüşçüsü Rafael Fizievə “Azərbaycanın Qüruru” ordeni təqdim olunub.

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Görüşdə jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli nəşrin fəaliyyət istiqamətləri, yerli və beynəlxalq təşkilatlarla informasiya mübadiləsi və qazandığı uğurlardan danışıb. E.Nəsirli nəşrin Redaksiya Şurasının qərarı ilə beynəlxalq aləmdə Azərbaycanı şərəflə təmsil edərək idman sahəsində peşəkar fəaliyyətinə və idmanın inkişafında xidmətlərinə görə UFC döyüşçüsü Rafael Fizievin “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Qüruru” ordeninə layiq görüldüyünü bildirib və mükafatı tanınmış idmançı soydaşımıza təqdim edib.

Baş redaktor bildirib ki, ölkəmizin çap mediasında özünəməxsus dəst-xəti ilə seçilən “Azərbaycanım” beynəlxalq jurnalı 22 ilə yaxındır maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. Sonra baş redaktor xüsusi qeyd edib ki, Azərbaycan hazırda idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. “İdman sahəsində qazanılan nailiyyətlər, həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur. Azərbaycanın mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın əldə etdiyi uğurlar ölkəmizin bu sahədə formalaşdırdığı dövlət siyasətinin effektivliyini göstərir. Ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Bu amil qarşıdakı dövrdə də mühüm nailiyyətlər qazanılacağını deməyə tam əsas verir”, – deyə Emil Nəsirli vurğulayıb.Görüşdə mətbuatımızın böyük tərəqqi yolu keçdiyini qeyd edən E.Nəsirli vurğulayıb ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində atılan addımlar Azərbaycan mediasının inkişafına mühüm töhfələr verib. Bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin göstərilməsi, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media nümayəndələrinin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər amillər milli mətbuatımızın inkişafını şərtləndirib.

Tanınmış soydaşımız, Muay tay döyüş üslubu ilə dünyada şöhrət qazanmış UFC döyüşçüsü Rafael Fiziev “Azərbaycanım” beynəlxalq jurnalında yayımlanan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və redaksiya şurasının qərarı ilə “Azərbaycanın Qüruru” ordeninə layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib. Rafael Fiziev “Azərbaycanım” beynəlxalq jurnalının bütün kollektivini təbrik edib, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb. “İdman uğurları Azərbaycanın ümumi inkişafının mühüm göstəricilərindən biridir. Əldə edilən hər bir nailiyyət Azərbaycan xalqının gücünün və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu danılmaz həqiqət və təsdiq olunmuş bir faktdır ki, Azərbaycan idmançılarının qələbə soraqları tez-tez dünya, Avropa çempionatlarından, beynəlxalq turnirlərdən, Olimpiya Oyunlarından gəlir və Azərbaycan bu sahədə inkişafa görə nəinki keçmiş SSRİ respublikalarının, hətta əksər Avropa dövlətlərini geridə qoyur.” – deyə Rafael Fiziev bildirib.

Sonra Rafael Fiziev redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini əks etdirən fotostendlə tanış olub.
Daha sonra Rafael Fiziev “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2026-cı ildə qonağı kimi nəşrin “Fəxri xatirə kitabı”na ilk ürək sözlərini yazıb.

Previous Post

ABŞ-da fermadan zürafə qaçdı: Axtarış davam edir

Next Post

Şimali Koreya nüvə arsenalını genişləndirmək qərarına gəldi

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post
Şimali Koreya nüvə arsenalını genişləndirmək qərarına gəldi

Şimali Koreya nüvə arsenalını genişləndirmək qərarına gəldi

ABŞ-da vətəndaşlıq üçün ərizə rüsumlarının 80%-ə qədər artırılması təklifi

ABŞ-da vətəndaşlıq üçün ərizə rüsumlarının 80%-ə qədər artırılması təklifi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.