"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Tam qarşıdurma yolu seçilməməlidir”

13 Sentyabr 2015 - 23:31
in aktual-banner, MANŞET
FacebookVatsap

<font color=red><b>“Tam qarşıdurma yolu seçilməməlidir”</b></font>

Qüdrət Həsənquliyev: “Azərbaycan hökuməti daha düşünülmüş və emosiyadan uzaq qərar qəbul etməlidir”

Bunu da oxuyun

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

“Avropa diri-diri yeyilir” – Tramp

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibətiniz necədir?

– Bu qətnamə ölkədə baş verəcək mühüm bir siyasi hadisə – parlament seçkiləri öncəsi qəbul olunub. Adətən mühüm siyasi hadisələr öncəsi beynəlxalq birliyin diqqəti bu hadisənin baş verəcəyi ölkəyə yönəlir. Və onlar çalışırlar ki, həmin ölkənin imicini korlaya biləcək qərar qəbul eləsinlər. Bu qərarın qəbul olunmasında erməni lobbisinin və islamafobların fəal işitirak etdiklərinə qətiyyən şübhəm yoxdur. Hazırda Avropada müəyyən qrup insanlarda islama qarşı düşmən əhval-ruhiyyəsi formalaşıb. Biz bunu müsəlman qaçqınlara müansibətdə də əyani şəkildə görürük. Digər tərəfdən, yaxşı bilirik ki, Avropada erməni lobbisi həddindən artıq güclüdür və bir çox hallarda bəzi siyasətçiləri, o cümlədən Avropa Parlamentinin, beynəlxalq təşkilatların üzvlərini pulla ələ almaqla, şantaj etməklə onların mövqelərini müdafiə etməyə məcbur edirlər. Qətnamənin qəbulunda bu faktorların böyük rolu var. Düşünürəm ki, bu prosesdə rusiyapərəst qüvvələrin də rolu ola bilər. Bilirsiniz ki, Rusiya hazırda Avropaya münasibətdə düşmən mövqedədir. Avropa İttifaqı Rusiayaya qarşı sərt sanksiyalar tətbiq edib və Rusiya da Avropaya qarşı dayanmaq üçün özünə müttəfiqlər axtarır. Avropada Rusiyanın lobbiçiliyini edən qüvvələrin olduğu kimsəyə sirr deyil. Xüsusilə də Almaniyada belələrinin sayı həddindən artıq çoxdur. İndi biz Almaniyada vaxtilə kansler olmuş şəxsin belə Rusiyaya işlədiyinin şahidi oluruq. Onlar da Azərbaycanın Avropa ilə münasibətlərinin kəskinləşməsinə çalışırlar ki, yaranmış vəziyyətdən öz maraqları üçün maksimum istifadə etsinrlər. Başqa cür ifadə etsək, çalışırlar ki, istisnasız olaraq ərazi bütövlüyümüzün bərpası naminə Rusiaya güzəştə gedə biləcəyimiz məsələlərdə, sadəcə Rusiya bizim mövqeyimizdə dayanır deyə güzəştə gedək. Bununla yanaşı, bir məqama da diqqət çəkmək istəyirəm: Avropada bir qrup insanda son zamanlar belə bir qənaət yaranıb ki, Azərbaycan Rusiya ilə yaxınlaşır. Əlaqələr xeyli dərəcədə inkişaf etdirilib, Bakıda Mockva Dövlət Universitetinin filalı açılıb, daha bir ali təhsil ocağının da filalının açılması gözlənilir. Humanitar sahədə mütamadi olaraq forumlar keçirilir, siyasi əlaqələr həddindən artıq genişlənir. Rusiya Azərbaycana ən müasir silahlar satmağa başlayıb, həm də heç bir məhdudiyyət qoymadan. Eyni zamanda Azərbaycan Rusiya əleyhinə qərarlara Avropa Şurasında səs verməyib. Bütün bunlar isə bir qrup insanı qıcıqlandırır ki, Azərbaycan nə üçün Rusiya ilə yaxınlaşır. Amma indi görək, Rusiyanın hakim dairələrinin kişiliyi çatacaq ki, Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ən azından ədalətli mövqe sərgiləsinlər? Azərbaycan insanı da görsün ki, doğrudan da Rusiyanı dəstəkləməyə dəyərmiş… Göründüyü kimi, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamadə müxtəlif faktorlar, daha doğrusu faktorlar toplusu rol oynayıb. Bu faktorlardan biri də Azərbaycanın son illər orduya çox böyük miqdarda vəsait ayırması, ordunun döyüş ruhunun yüksəldilməsi ilə bağlıdır. Şübhəsiz ki, orduda hələ də öz həllini gözləyən problemlər var. Mən hər zaman olduğu kimi indi də o qənaətdəyəm ki, ordu peşəkar əsaslarla formalaşdırılmalı, nizam-intizam gücləndirilməli, neqativ hallar aradan qaldırılmalıdır. Buna baxmayaraq, Azərbaycan ordusu Ermənistana hər hansı kənar dəstək olmayacağı təqdirdə torpaqlarımızı qıza bir müddətdə işğaldan azad etmək gücündədir. Azərbaycan hökumətinin və ordusunun son vaxtlar Qarabağı işğaldan azad etmək istiqamətində daha sərt mövqe ortaya qoyması həm erməni lobbisini, həm də Qərb dairələrini qorxudur. Azərbaycanın güclənməsi və istənilən vaxt öz torpaqlarını işğaldan azad etmək imkanında olması onları ciddi şəkildə narahat edir. Belə təzyiqlərlə Azərbaycanı küncə sıxışdırmaq, Qarabağı işğaldan azad etmək niyyətindən vaz keçirməyə çalışırlar. Bu faktor da önəmli faktorlardan biridir. Əlbətdə, hətta Avropanın ən inkişaf etmiş ölkələrində də insan haqıarı ilə bağlı problemlər var. Azərbaycanda da bu istiqamətdə problemlərin olduğunu bilirik. Azərbaycan hökuməti də bunu inkar eləmir. Həm partiya olaraq, həm də şəxs olaraq dəfələrlə bəyan etmişik ki, bir neçə nəfərə görə Avropa ilə qarşıdurmaya getməyə dəyməz. Doğrudur, hökumət rəsmiləri hər zaman bilidirirlər ki, əgər Avropa qarşıdurmaya getmək istəyirsə bunun üçün istənilən vaxt bəhanə tapacaq. Hər halda hesab edirəm ki, insan haqları həssas mövzu olduğuna görə biz bu bəhanəni onların əlinə verməməliyik.

– Sizə Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qarşılığında Azərbaycan hansı addımları ata bilər?

– Azərbaycan rəsmilərinin, həm Əli Həsənovun, həm də Fuad Ələsgərovun müsahibələrini oxuduqdan sonra məndə belə bir fikir formalaşıb ki, Azərbaycan iqtidarı Avropa Parlamentinə qarşı qəti addımlar atacaq. Əməkdaşlığın dayandırılması istiqamətində… Hesab edirəm ki, bu qətnəmənin qəbul olunmasında yuxarıda sadaladığım maraqlı dairələrin, o cümlədən ermənipərəst siyasətçilərin, parlamentarilərin də məqsədi bu idi ki, Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri kəsilsin. Bundan başqa mən hər zaman qeyd etmişəm ki, onlar bu məsələləri Azərbaycanla bağlı qapı arxasında müzakirə etmədən gündəmə gətirəndə, Azərbaycanın da bu məsələdə addım atmasını çətinləşdirirlər. Yəni insanlar düşünə bilər ki, Avropa təzyiq göstərdyi üçün bu addımları atdılar. Yəni indiki halda problemlərin kəskin şəkildə ifadə olunması onların həllinə gətirib çıxarmır, əksinə daha çiddi ziddiyyətlərə yol açır. Çox güman ki, Azərbaycan iqtidarı qətnaməyə cavab olaraq addımlar atacaq və bu addımla da Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri kəsiləcək. Qəbul olunacaq qərarlara görə, Azərbaycan hökumətini kimsəni qınaması çox çətindir. Eyni zamanda Avropa Parlamentində də bu qətnamənin qəbulunun yanlış olduğunu başa düşən kifayət qədər insan var. Çünki 202 nəfər təkidlə bu qərarın qəbul olunmasının əleyhinə çıxıb, 72 nəfər bitərəf qalıb. Bu da böyük bir rəqəmdir. Həmin insanlar da başa düşürlər ki, qətnamənin qəbul olunması yanlış qərardır və münasibətlərə ziyan vuracaq. Ona görə də hesab edirəm ki, Azərbaycanın xarici siyasət idarəsi, parlament Avropa Parlamentindəki həmin o 274 nəfərlə əməkdaşlığı davam etdirməlidir. Yəni Avropa İttifaqı ilə bütünlüklə əlaqələri kəsməməlidir. Avropa Komissiyası ilə əlaqələr davam etdirilməlidir. Düşünmürəm ki, Avropa Komissiyası Avropa Parlamentinin qətnaməsində yer alan hansısa məsələlərlə bağlı qərarlar qəbul etmiş olsun. Bu mənə indiki vaxtda az inandırıcı gəlir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan da elə addımlar atmalıdır ki, Avropa Komissiyası da Avropa Parlamenti ilə eyni mövqedən çıxış etməsin. Hər halda Avropa Komissiyasının komissarı çıxış edərək bu qətnamənin qəbul olunmasına etirazını bildirib. Nəzərə alsaq ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, bu ölkənin Azərbaycanla nə dərəcədə səmimi bir tərəfdar ola biləcəyinə ciddi şübhələr var. Bu səbəbdən də, bizim Avropa ilə münasibətlərimizi tamamilə kəsməyimiz çox ciddi problemlər yarada bilər. Eyni zamanda nəzərə almalıyıq ki, əsas icrac məhsulumuzu – neftimizi biz İsrailə və Avropaya satırıq. Onu da bilirik ki, İsrail Qərbdən asılı bir ölkədir və heç bir halda Qərblə münasibətlərinin kəskinləşməsini istəməz. Bu baxımdan düşünürəm ki, Azərbaycan hökuməti emosiyalardan uzaq və daha ölçülü-biçili qərar qəbul etməlidir.

– Baş verənlər seçki prosesinə necə təsir göstərə bilər?

– Avropa Parlamentinin qətnaməsindən dərhal sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina etdi. Qənaətimə görə, əgər Avropa İttifaqı (söhbət Avropa Parlamentindən getmir) ilə tam qarşıdurma yolu seçilərsə, ATƏT Parlament Assambleyasının da seçkiləri müşahidə edəcəyi inandırıcı görünmür. Bu da seçkilərdən sonra bu qurumlar tərəfindən parlamentin legitimliyinin şübhə altına alınmasına gətirib çıxara bilər və bizim nümayəndə heyətlərimiz Avropa Şurası və ATƏT parlament assambleyalarında akkreditasiya olunmaya bilərlər. Bu da şübhəsiz ki, Azərbaycan üçün heç də yaxşı məsələ deyil. Ona görə ki, bizim Qarabağ kimi problemimiz və bu problemin həlli üçün dünya birliyindən dəstək almağa ehtiyacımız var. Bu səbəbdən düşünürəm ki, Azərbaycan tərəfi tam qarşıdurma yolu seçməməlidir. Əlbətdə Avropa Parlamentinə sərt cavab verilməlidir, amma Avropa Komissiyası ilə münasibətlər davam etdirilməlidir. Eyni zamanda Avropa Parlamentindəki 274 nəfər parlamentarilə də əməkdaşlığa fasilə verilməməlidir. Bizim ölkənin mənafeləri bunu tələb edir. Qarşıdurma yolu seçilərsə, münasibətlər tamamilə korlanarsa, o zaman Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə indiki mövqeyi belə dəyişə bilər. Yəni Avropa İttifaqının mövqeyini ifadə edən şəxslər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı konkret mövqe sərgiləməsələr də, heç olmasa Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. Münasibətlərin daha da kəskinləşəcəyi təqdirdə biz onların bu mövqedən də geri çəkildiklərini müşahidə edə bilərik. Bilirsiniz ki, dünyada dövlətlərin sərhədlərinin yenidən çəkilməsi üçün ABŞ-la Avropa İttifaqı birlikdə hərəkət edirlər. Bu da bizim üçün çox qorxulu tendensiyaya yol aça bilər. Bütün bunları nəzərə alaraq, qeyd etmək istəyirəm ki, Avropa Parlamenti öz qərarına yenidən baxana, yaxud Azərbaycanla münasibətlərinə dair yeni qərar qəbul edənədək qədər bu qurumla münasibətlərə son qoyulmalıdır. Amma bu qərar bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığın kəsilməsi istiqamətində olmamalıdır. Əgər Avropa İttifaqı ilə münasibətlər kəsilərsə, bu, həm Azərbaycanın, həm də iqtidarın maraqlarına uyğun deyil. Dəfələrlə demişəm ki, əgər Azərbaycan tamamilə Rusiyadan asılı vəziyyətə düşsə, şəxsən mənim ümidim yoxdur ki, Rusiya xarizmatik lider olan İlham Əliyevlə işləmək fikrində olsun. Bundan əvvəlki müsahibələrimdə də demişəm ki, Movkvada Dağıstanın prezidentinin satusundan da aşağı bir statusla Azərbaycanda prezident olmağı istəyən kifayət qədər azərbaycanlı var. Elə ölkənin daxilində də… Ona görə də Azərbaycanın Rusiyadan tam asılı vəziyyətə düşməsi iqtidarın özünün də maraqlarına uyğun deyil. Buna görə də, hesab edirəm ki, Azərbaycan hökuməti daha düşünülmüş və emosiyadan uzaq qərar qəbul etməlidir. Ola bilsin ki, daha radikal qərarların qəbul olunması üçün Rusiyanın da Azərbaycana təzyiqləri var. Buna baxmayaraq, düşünürəm ki, Rusiya Dağlıq Qarabağ məsələsində obyektiv mövqe nümayiş etdirməyənədək Azərbaycan heç kimin yanında olmamalı, balanslaşdırılmış siyasət yürütməli və açıq mesajlar verməlidir. Yəni Avropa İttifaqına da, Rusiayaya da mesaj verməlidir ki, bizim kimin yanında olacağımız sizin Qarabağ məsələsinə münasibətinizdən asılıdır.

Previous Post

“Tam qarşıdurma yolu seçilməməlidir”

Next Post

“Wikileaks”dən şok! Səfirliyinin gizli hesabat- ABŞ PKK-çı Demirtaşı necə siyasətçi etdi?

Bənzər yazılar

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

02 Oktyabr 2026 - 11:13

Rusiya Prezidenti Vladimir Putin Qərbi münaqişəni gərginləşdirməməyə çağıraraq bəyan edib ki, Rusiyanın Baltikyanı bölgəsi olan Kalininqrad hücuma məruz qalacağı təqdirdə,...

Next Post

“Wikileaks”dən şok! Səfirliyinin gizli hesabat- ABŞ PKK-çı Demirtaşı necə siyasətçi etdi?

“Wikileaks”dən şok! Səfirliyinin gizli hesabat- ABŞ PKK-çı Demirtaşı necə siyasətçi etdi?

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.