Əfqanıstanda hakim Taliban hərəkatının nümayəndələri ilə İran sərhədçiləri arasında atışma baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Sputnik Əfqanıstan məlumat yayıb.
“İnsident Əfqanıstanın Zərənc şəhəri yaxınlığındakı “Abrişem” körpüsündə baş verib. İranlılar qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki yük maşınına atəş açıblar. Avtomobillərdən biri uzaqlaşa bilsə də, ikinci maşın saxlanılıb. İranlı sərhədçilər avtomobildəki sürücünü döyüblər. Taliban nümayəndələri də iranlı sərhədçilərə atəş açaraq cavab verib. Atışma bir saatdan çox davam edib. Daha sonra tərəflər danışıqlara başlayıb”, – məlumatda deyilib.
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkənin Aİ-yə üzvlüyə hazırlıq prosesini...





















Son şərhlər