"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Tağı Əhmədov 3 milyonu generala necə verib? – Məhkəmə

12 Oktyabr 2016 - 14:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan 3 milyon manat (o vaxtkı məzənnə ilə) pulu hədə-qorxu, təhdid və şantaj yolu ilə alması barədə yeni təfərrüat yayılıb.

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

 

Virtualaz.org saytı bununla bağlı şahid ifadələrinin əks olunduğu məhkəmə materiallarından istifadə etməklə maraqlı məqamları tirajlayıb.

 

İddia olunur ki, Tağı Əhmədovun metronun “Koroğlu” stansiyasındakı ticarət mərkəzini işlədən qardaşı oğlunu MTN-də döyərək onun əleyhinə ifadə alıblar…

 

Çovdarovun adamı nə xəbər gətirmişdi…

 

Tağı Əhmədov istintaqa ifadəsində göstərir ki, Çovdarov 2014-cü ilin yazında, vəzifədən azad edildikdən sonra onu təhdid etməyə başlayıb. Həmin vaxt MTN-in Rəsul adlı əməkdaşı T.Əhmədova zəng vurub, onunla Bakıdakı Hüseyn Cavid parkında görüşüb.

 

“Çovdarov deyir ki, nazirliyə səndən çoxlu şikayət daxil olub. Bu şikayətlərin qarşısını almaq və məsələni həll etmək üçün pul vermək lazımdır” – “çekist” Tağı Əhmədova deyib. Ancaq hansı məbləğin tələb olunduğunu bildirməyib.

 

“Çovdarova çatdır ki, mən heç kimə bir qəpik verən deyiləm” – Tağı Əhmədovun cavabı belə olur.

 

Daha sonra T.Əhmədov Akif Çovdarovun ondan pul tələb etdiyini çatdırmaq üçün Eldar Mahmudovun iş nömrəsinə zəng vurur, nazirlə danışmaq istədiyini köməkçiyə – Vüqar Mahmudova çatdırır. 5-6 dəfə zəng vurandan sonra nəhayət Vüqar Mahmudov Tağı Əhmədova deyir ki, onun mesajını nazirə çatdırıb. Ancaq nazir bildirib ki, məsələni Akif Çovdarova həvalə edib, qoy Tağı Əhmədov gedib onunla görüşsün.

 

Bu zaman Tağı Əhmədov əmin olur ki, Çovdarovun ondan pul tələb etməsindən nazirin özü də xəbərdardır, yaxud onlar bu işdə ortaqdırlar.

 

Bir neçə gün sonra MTN əməkdaşı Rəsul Tağı müəllimi yenə Hüseyn Cavid bağına görüşə çağırıb. Ona çatdırıb ki, Çovdarov Tağı Əhmədovun oğlu, Xətai Məhkəməsində hakim işləyən Rauf Əhmədovu MTN-ə aparmaq istəyir. Həmin ərəfədə bəzi reket saytlarda Rauf Əhmədovun əməlləri barədə yazılar gedirmiş və Tağı Əhmədov başa düşür ki, həmin yazılar da MTN-in sifarişidir.

 

Rauf özü gəlməsə, başına torba salıb gətirəcəyik

 

“Çovdarov dedi ki, əgər Rauf özü MTN-ə gəlməsə, başına torba salıb gətirdəcəyik” – MTN əməkdaşı Tağı Əhmədova deyib.

 

Metropolitenin keçmiş rəisi bu hədədən sonra oğlunun ürəyinin xəstə olduğunu, MTN-ə aparılmasının ona təhlükə yaradacağını nəzərə alıb, pulu verməyə razılaşıb. “Nə qədər istəyir?” – Tağı müəllim Rəsuldan soruşub. “3-5 milyon arasında” – Çovdarovun xəfiyyəsi məbləği deyib.

 

Tağı Əhmədov uzağı 3 milyon verəcəyini deyib. Daha sonra 3 milyon manatı toplayıb Rəsula zəng vurur ki, məbləğ hazırdır. Məbləğ 1.2 milyon ABŞ dollarından, 1.5 milyon avrodan və 300 min manatdan ibarət olub.

 

Tağı Əhmədov Çovdarovla üzləşmək istəmir

 

Rəsul mesajı Çovdarova çatdırıb. Daha sonra Tağı Əhmədova zəng vuraraq Çovdarovun sözlərini deyib:

 

“General dedi ki, pulu səhər tezdən, 20 saylı orta məktəbin yaxınlığında, Müdafiə Nazirliyinin Ordu İdman Klubunun qarşısında, Parlament prospektinə birləşən küçədə şəxsən ona çatdırmaq lazımdır. Çovdarov səni həmin saatda qara “Cip”də gözləyəcək”.

 

T.Əhmədov bədheybət general ilə şəxsən üz-üzə gəlmək istəməyib. Bu səbəbdən Rəsula pulu özü yox, oğlu Ruslan və qardaşı oğlu Əlinin çatdıracağını deyib. Beləliklə, Ruslan və Əli dollar, avro və manat bağlamaları ilə dolu idman çantasını götürüb 2014-cü il aprelin 10-da (yaxud 12-də) Rəsulun dediyi ünvanda onları qara “Lənd Rover”də gözləyən Akif Çovdarova verib.

 

2015-ci ilin oktyabrında Tağı Əhmədov Eldar Mahmudovun işdən çıxarıldığını eşidəndə sevinib, Rəsula zəng edərək Çovdarova verdiyi 3 milyonu tələb edib. Çovdarov isə “Mən ondan pul-filan almamışam” cavabını verib.

 

Metrodakı ticarət köşklərinə baxanı MTN-ə necə apardılar…

 

MTN-in Tağı müəllimi soymaq üçün göstərdiyi təzyiqlər təkcə onun oğlu ilə bağlı olmayıb. Metropoliten rəhbərinin qardaşı oğlu Şövqünü və onun “Koroğlu” metrostansiyasında ticarət mərkəzini işlədən adamı Elşəni də MTN-ə aparıblar. Orada onları döyüblər, Tağı Əhmədov işə qarışıb, 3 milyonu çatdırmazdan bir-iki gün əvvəl Mahmudovun köməkçisinə zəng edib, tutulanları buraxmağı xahiş edib, pulu çatdıracağını deyib.

 

Elşən adlı həmin şəxs Bakı Metropoliteninin keçmiş işçisi Tağıyev Elşən Namiq oğludur. O, sonralar metrodakı ticarət mərkəzlərinin işinə nəzarət edib. Dediyi kimi, təmizliyə, qayda-qanuna əməl edilməsinə nəzarət etməklə məşğul imiş. Metrolarda ticarət qadağan olunandan sonra işsiz qalan Elşən 2014-cü il aprelin 11-də həyat yoldaşı ilə birlikdə “Park Bulvar”da olanda ona MTN-dən zəng vurub nazirliyə çağırıblar.

 

Elşəni MTN-də 2-ci mərtəbədə boş otağa salıb metroda ticarət obyektlərindən yığılan pulları Tağıya, yaxud oğlu Raufa necə verdiyini soruşublar. Elşən döyülsə də möhkəm çıxıb, Tağı müəllimi satmayıb.

 

Bu vaxt otaqdakı 3-4 MTN əməkdaşı onu döyməyə başlayıb, sifətinə, bədən nahiyəsinə zərbələr endiriblər. Elşənin dedyinə görə, həmin vaxt MTN-dəki qonşu otaqlardan birində Tağı müəllimin qardaşı oğlunu, əvvəllər bir yerdə işlədikləri Şövqünü də görüb, əlamətlərindən bilib ki, onu da döyüblər. Elşəni döysələr də o, Tağı Əhmədovun əleyhinə ifadə verməyib, onu MTN-də axşama qədər saxlayıb sonra buraxıblar.

 

Yazıb təsdiq edirəm ki…

 

Tağı müəllimin qardaşı oğlu Şövqü isə Elşən qədər dözümlü ola bilməyib. Əhmədov Şövqü Xeyrulla oğlu metronun “Qara Qarayev” və “Koroğlu” stansiyalarındakı ticarət mərkəzlərinə nəzarət edib, 2012-ci ildə “Qara Qarayev” stansiyasının rəis müavini təyin olunub, 2014-cü ilin oktyabrında “səhhəti ilə bağlı” işdən çıxıb. 2014-cü il aprelin əvvəllərində onun mobil telefonuna MTN-dən zəng gəlib. Onu da nazirlikdə 2-ci mərtəbəyə qaldırıblar, otaqlardan birinə salıb tələb ediblər ki, metrodakı ticarət köşklərindən yığdığı aylıq haqqı Tağı Əhmədova və oğluna necə çatdırdığını ətraflı yazsın.

 

Şövqü Əhmədov əvvəlcə bu tələblə razılaşmayıb, yığılan pulları vergi kimi dövlətə köçürdüyünü, bu barədə qəbzlərin olduğunu deyib. Ancaq MTN əməkdaşları otağa daxil olaraq onu təhqir edib, qorxudublar. Nəticədə Şövqü əmisinin əleyhinə ifadə verib, metroda yığılan pulları əmisi Tağı Əhmədova çatdırdığını deyib.

 

Tağı müəllimin Çovdarova 3 milyon aparan oğlu

 

Tağı Əhmədovun oğlu, iş üzrə şahid qismində dindirilən Ruslan Əhmədov isə Çovdarova 3 milyon manatı necə verdiyini təsvir edib. Çovdarov onu Müdafiə Nazirliyinə arxa tərəfdən gəlib Fəxri Xiyabanla Mərkəzi Ordu İdman Klubunu kəsən, Parlament prospektinə birləşən küçədə qara “Cip”də gözləyib. Tağı müəllimin oğlu da təsdiq edib ki, pulu verməyə əmisi oğlu Əli ilə birlikdə, özünə məxsus “Yaquar” avtomobili ilə gedib. Təyin olunan yerə çatanda Ruslan onları qara rəngli “Lənd Rover” avtomobilinin gözlədiyini görüb. Ruslan “Cip”ə yaxınlaşıb. Bu vaxt avtomobilin qabaq sol şüşəsi aşağı enib. “General Akif Çovdarov” – “Cip”dəki şəxs özünü təqdim edib.

 

Düş aşağı, sizinlə bu qədər…

 

Ruslan bu qısa tanışlıqdan sonra əmisi oğluna tapşırıb ki, “Yaquar”dakı pulla dolu çantanı gətirsin. Çovdarov isə öz sürücüsünə əmr edib ki, “Cip”in baqajını açsın. Əli pulla dolu çantanı gətirib Çovdarovun sürücüsünün yanında baqaja qoyub, sonra o, sürücü ilə birlikdə maşından bir az uzaqlaşıb. Çovdarov Ruslanın maşının arxa oturacağında oturmasını əmr edib. Tağı Əhmədovun oğlu generala pulun 3 valyutada olduğunu deyib.

 

Həmin valyutaların cəmi 3 milyon manat etdiyini sübut etmək üçün Ruslan hesabat apardığı kiçik kağızı da Çovdarova təqdim edib, general isə “ehtiyac yoxdur, düş aşağı, sizinlə qurtardıq” deyib. Bundan sonra Ruslan Əli ilə birlikdə evlərinə qayıdaraq pulu Çovdarova necə vediklərini Tağı Əhmədova danışıb.

 

Previous Post

Tağı Əhmədov 3 milyonu generala necə verib? – Məhkəmə

Next Post

Dini ekstremizmlə məşğul olan qurumlar ləğv edilir

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Dini ekstremizmlə məşğul olan qurumlar ləğv edilir

Dini ekstremizmlə məşğul olan qurumlar ləğv edilir

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.