Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
APA-nın xəbərinə görə, Bakının ən böyük məscidində bayram namazı axund Hacı Əhməd Abbasovun imam-camaatlığı ilə qılınıb.
Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilənə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.
Xatırladaq ki, oktyabrın 4-ü və 5-də Azərbaycanda Qurban bayramı qeyd olunur.