Meksika ölkənin ən böyük cinayətkar təşkilatlarından birinə böyük zərbə vurub. “El Menço” ləqəbli Xalisko Yeni Nəsil kartelinin lideri əməliyyatda öldürülüb. Əməliyyatdan sonra kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Bir çox şəhərdə nəqliyyat vasitələri və müəssisələr yandırılıb, yollar bağlanıb.
Elchi.az xəbər verir ki, onlar yolları bağlayıb, nəqliyyat vasitələrini və müəssisələri yandırıblar…
Meksika ölkənin ən böyük kartellərindən birinin lideri Nemesio Oseguera Servantesə qarşı əməliyyatdan sonra qarışıqlıq içindədir.
“El Menço” ləqəbli Xalisko Yeni Nəsil kartelinin lideri Meksika ordusunun Xalisko ştatında keçirdiyi əməliyyatda öldürülüb.
Qarşıdurmalar zamanı 4 kartel üzvünün öldürüldüyü, 2-nin saxlanıldığı və 3 əsgərin yaralandığı açıqlanıb. Əməliyyatdan sonra genişmiqyaslı zorakılıq baş verib. Cinayətkar təşkilatın üzvləri hücumlar həyata keçiriblər.
Onlar Qvadalaxara Beynəlxalq Hava Limanına basqın edib və təhlükəsizlik qüvvələri ilə toqquşublar. Hava limanında silah səsləri eşidilib. Bir çox insan qorxu və vahimə içində qaçdı. Avtobus terminallarında da silah səsləri və partlayışlar eşidildi. Səmanı qatı tüstü bürüdü.
Kartel üzvlərinin törətdiyi zorakılıq səbəbindən ordu bölmələri çoxsaylı ştatlara yerləşdirildi.
Şayəstə





















