Tək yaşayan 102 yaşlı qadın uzunömürlülüyün sirrini açıb. Elchi.az xəbər verir ki, bu barədə “Jamaica Star” məlumat yayıb.
Kinqstondan olan Myrtle Smith 1921-ci ildə anadan olub. Qadın ömrü boyu poçtda işləyib, hətta şöbə müdiri olub.
Yaşının çox olmasına baxmayaraq, evini təmizləyir və bazaralığını edir. Smitin uzunömürlülüyün səbəbi düzgün vegetarian pəhrizidir. “Mən ümumiyyətlə ət yemirəm, daha çox tərəvəz yeyirəm” – deyə qadın bildirib.
Qeyd olunur ki, Smith nadir hallarda kömək üçün qonşularına müraciət edir, lakin onlar özləri ona baxmağa çalışırlar.
Havar Şəfiyeva