“Daha güclü Azərbaycan üçün şagird və tələbələrimizə lazımlı informasiyaları verməliyik”.
Elchi.az xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov FB hesabında qeyd edib:
“Bu gündən etibarən Azərbaycanımızda yeni tədris ili başladı. Bu tədris ili əvvəlki illərdən fərqli olaraq daha çox hüzn, kədər ilə başladı.
Məktəblərin önündə sakitlik, çox ağır abu-hava var idi. Hər kəs yanlış bir söz, fikir deməkdən çəkinirdi. Bu, artıq insanların hissinin dəyərə çevrildiyini göstərir.
Qısa müddətdə müşahidə apardığım 3 məktəbin heç birində təmtəraqlı qarşılanma, gül dəstələri yoxdur.
Təhsil öz qarşısına qoyduğu məqsədlərə nail olub. Bəli, təhsil artıq şəxsiyyət yetişdirə, şəxsiyyət formalaşdıra bilir.
Bundan sonra isə biz daha fərqli olaraq dərslərimizi təşkil etməliyik.
Biz şagirdlərimizi düşmənə nifrət hissi ilə yox, öz dəyərlərini qoruyub saxlamaq, daha da təkmilləşdirilib güclü formada saxlamaq istiqamətində böyütməliyik.
Yeni tədris ilində hər bir tədris prosesində iştirak edən müəllimə, şagirdə, tələbəyə can sağlığı, firavanlıq, uğurlar arzulayıram”.
Şayəstə