"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Təhsil müəssisələrinin maliyyələşməsində – Yeni qaydalar

26 Yanvar 2016 - 08:52
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Təhsil Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi Qaydaları”nı təsdiq edib.

Oxu.Az-ın məlumaına görə, bu gün təsdiqlənən və sabahdan qüvvəyə minən bu Qayda Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələrinin Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən maliyyələşməsi mexanizmini müəyyənləşdirir.

Ərazi maliyyə hesablaşma mərkəzi (mərkəz) Təhsil Nazirliyinin tabeliyində yaradılmış regional qurum, yerli maliyyə orqanı (“YMO”) Maliyyə Nazirliyinin şəhər (rayon) üzrə maliyyə idarəsi (şöbəsi) deməkdir. Təhsil müəssisəsi tərəfindən təsdiq olunan ştat, işçilərin işə davamiyyət cədvəlləri və digər sənədlər, eləcə də Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanı (YTİO) ilə razılaşdırılmış tarifləşmə cədvəlləri mərkəzə təqdim edilir. Kommunal xidmətlər, eləcə də bir sıra digər xərclər (elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər) üzrə bağlanmış müqavilələr YTİO tərəfindən Mərkəzə təqdim edilir.

YTİO-nın tabeliyində olan təhsil müəssisəsinin saxlanması ilə bağlı dəftərxana və təsərrüfat, mətbəə və idarənin xərcləri, cari təmir, kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, ərzaq məhsullarının alınması, inventarın alınması, avadanlığın alınması, digər alışlar və xidmətlər, abadlaşdırma xidmətləri haqqının ödənilməsi, sair xərclər, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri, digər maşın və avadanlıqlar, istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər üzrə mal, iş və xidmətlərin satın alınması Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi (ƏTTİ) tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər istisnadır.

Mərkəzə təqdim edilmiş sənədlər baxıldıqdan sonra maliyyə vəsaitinin ayrılması ilə bağlı maliyyə sifarişinin verilməsi barədə Mərkəz tərəfindən YTİO-na bildiriş verilir. Bildiriş alındıqdan sonra YTİO tərəfindən maliyyələşmənin aparılması barədə maliyyə sifarişi hər ayın 20-dən gec olmayaraq xidmət olunduğu YMO-na təqdim edilir. YMO tərəfindən maliyyələşməyə razılıq verildikdən sonra YTİO-nın təqdim etdiyi kassa xərclərinin sifarişi, öhdəlik və mal alışı sənədi əsasında vəsaitin Mərkəzin xidmət olunduğu YMO-da aidiyyəti şəhər (rayon) üzrə açılmış tapşırıqlar üzrə xəzinə hesabına köçürülməsi təmin edilir. Mərkəz tərəfindən ödəniş sənədlərinə əsasən xidmət olunduğu YMO vasitəsilə təhsil müəssisəsi üzrə əməyin ödənişi, kommunal və digər xərclərin vaxtında aparılması, həmçinin pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə məbləğlər istisna olmaqla digər xərclər üzrə vəsaitlərin ƏTTİ-nin xəzinə hesabına köçürülməsi təmin edilir.

Təhsil müəssisəsi üzrə maliyyələşdirmənin aparılması ilə bağlı YMO-na təqdim edilən maliyyə sifarişi YTİO-nın səlahiyyətli nümayəndələri tərəfindən (orqanın rəhbəri və baş mühasibi) imzalanmalıdır. Mərkəzdə maliyyə və ödəniş sənədlərinin imzalanmasında birinci imza səlahiyyəti mərkəzin rəisi və ya onun müavini, ikinci imza səlahiyyəti mərkəzin aparıcı məsləhətçisinə verilir. Təhsil müəssisəsinin direktoru və YTİO-nın müdirləri bu Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş sənədlərin vaxtında hazırlanması və təqdim olunmasına görə birbaşa məsuliyyət daşıyırlar. YMO, Mərkəz və YTİO bu Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş mexanizm üzrə maliyyələşdirmənin və ödənişlərin vaxtında və təyinatı üzrə aparılmasına görə məsuliyyət daşıyırlar.

Mərkəz tərəfindən təhsil müəssisəsinin mal, iş və xidmətlərə olan illik tələbatı müəyyənləşdirilir (pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər, elektron imza, texniki pasportların hazırlanması və sair bu kimi mal, iş və xidmətlər üzrə xərclər istisna olmaqla), hər bir şəhər (rayon) üçün xərclər smetasında nəzərdə tutulan illik vəsait çərçivəsində onların satın alınması barədə təkliflər ƏTTİ-nə təqdim edilir. ƏTTİ tərəfindən hər bir şəhər (rayon) üzrə xərclər smetasında nəzərdə tutulan vəsait çərçivəsində təhsil müəssisəsi üçün mal, iş və xidmətlərin satın alınması həyata keçirilir və onların Mərkəz vasitəsilə təhsil müəssisəsinə təhvil verilməsi təmin edilir. Təhsil müəssisəsinin direktoru və maddi-məsul şəxs təhvil alınmış əsas vəsaitlərin və digər mal-material qiymətlilərinin saxlanılmasına, qorunmasına, təyinatı üzrə istifadəsinə görə məsuliyyət daşıyırlar.

Mərkəzdən daxil olmuş vəsaitlərlə bağlı xərclərin hər bir YTİO üzrə icrası barədə hesabat ƏTTİ tərəfindən hesabat dövründən sonrakı ayın 7-dək həmin mərkəzə təqdim edilir. Mərkəz tərəfindən YTİO ilə birlikdə hər bir şəhər (rayon) üzrə tərtib olunmuş mühasibat hesabatı (Mərkəzin rəisi və ya rəis müavini, mərkəzin aparıcı məsləhətçisi, YTİO-nın müdiri və baş mühasibi tərəfindən imzalanmaqla) rüblər üzrə YMO-na təqdim edilir. YTİO-nın, Mərkəzin və ƏTTİ-nin rəhbərləri mühasibat hesabatlarının rüblər üzrə vaxtında təqdim olunmasına görə məsuliyyət daşıyırlar.

Hər bir təhsil müəssisəsinin cari il üçün saxlanması ilə bağlı xərclər smetası təhsil müəssisəsi və Mərkəz tərəfindən birgə tərtib və təsdiq edilir. Təhsil müəssisələrinin saxlanması ilə bağlı növbəti il üçün xərclər üzrə layihələr Mərkəz tərəfindən təhsil müəssisəsi və YTİO ilə birgə tərtib edilərək Təhsil Nazirliyinə təqdim edilir. İl ərzində təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında dəyişikliklərin aparılması ilə bağlı YTİO ilə Mərkəzin birgə təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət edilir. Mərkəzləşdirilmiş maliyyələşmə mexanizminin tətbiqi nəticəsində ortaya çıxan və bu Qaydalarda əksini tapmayan məsələlər Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla tənzimlənir.

Previous Post

Təhsil müəssisələrinin maliyyələşməsində – Yeni qaydalar

Next Post

Azərbaycanda vulkan püskürdü

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17

ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

Next Post

Azərbaycanda vulkan püskürdü

Azərbaycanda vulkan püskürdü

Son xəbərlər

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18
Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

Parlamentlərarası əlaqələr üzrə işçi qrupu: AKP millət vəkillərinin, Türkiyə Prezidentinin müşavirinin əsassız ittihamları narahatlıq doğurur

13 Oktyabr 2026 - 17:12
Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08
Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01
Azərbaycanın U-16 millisi dünya çempionatından öncə son təlim-məşq toplanışını keçirəcək

Azərbaycanın U-16 millisi dünya çempionatından öncə son təlim-məşq toplanışını keçirəcək

13 Oktyabr 2026 - 16:55
Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48
Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

13 Oktyabr 2026 - 16:36
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

13 Oktyabr 2026 - 16:24
Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

Azərbaycanda əhalinin yanacaq xərcləri bu il 4% artıb

13 Oktyabr 2026 - 16:11
Əfqanıstanda “BBC” korporasiyasının radioyayımları dayandırılıb

Əfqanıstanda “BBC” korporasiyasının radioyayımları dayandırılıb

13 Oktyabr 2026 - 16:05
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.