"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Təhlükədə olan banklar birləşmək istəmir

13 Fevral 2016 - 09:59
in XƏBƏR LENTİ
FacebookVatsap
 Təhlükədə olan banklar birləşmək istəmir

Birləşmə qərarı Mərkəzi Bankın oyunudur, yoxsa banklar qurumu saymır?

Bunu da oxuyun

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Ölkədə altı bankın bir-birinin ardınca bağlanmasından sonra bankların birləşməsi məsələsi ortaya atılsa da, nəticə əldə olunmayıb. Əksinə, görünən odur ki, banklar birləşmək istəmir. Mərkəzi Bankın illərdir ki, banklara birləşmə təklifi versə də, banklar bu addımı atmaqdan imtina edirlər. Ekspertlərin sözlərinə görə, növbəti birləşmə qərarının arxasında bir neçə səbəb dura bilər, ya Mərkəzi Bank bankların bağlanmasını saxlayaraq, oyun oynayır, yaxud da banklar bu qurumu saymırlar.
Qeyd edək ki, “AGBank” “DəmirBank”la birləşməsi məsələsinə aydınlıq gətirib. Bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib. Bildirilir ki, bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” ASC, digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb. Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard” KB ilə ilkin razılaşma əldə olunub və bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində niyyət protokolu imzalanıb. Əldə olunmuş razılaşmaya əsasən bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank” ASC-nin OSC “Bank Standard” KB-a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər aparılacaq.
Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, bankları zorla birləşdirmək olmaz:“Bu birləşdirmə təklifləri daha çox aşağıdan yox, yuxarıdan gəlirdi. Banklar bir-birinə rəqibdir. Rəqiblərin arasında ziddiyyətlər çoxdur. Birləşmə zamanı birinci məsələ odur ki, kimin orada nə qədər payı olacaq. Bu, əmlak məsələsidir, o bankların sahiblərinin bir-birinə etimadı yoxdur. Ən əsası odur ki, adları çəkilən bankların çoxu əslində bağlanmalıdır. Sadəcə, Mərkəzi Bank onları bağlamaq əvəzinə birləşdirmək istəyir ki, səbəb məlumdur. Çünki o banklar bağlansa, Əmanətlərin Sığortalanması Fondu oradakı əmanətləri kompensasiya etməli idi. Bu əmanətləri qaytarmağa isə kifayət qədər pulu yoxdur. Buna görə bağlanma əvəzinə birləşdirmə aparılması təklif edilir. Mərkəzi Bank birləşdirmə oyununu atıb ortalığa. Banklar böyük məmnuniyyətlə özlərini bağlayardılar. Birləşmə isə onların üzərinə məsuliyyət qoyur, vəzifələr qoyur. Buna görə banklar birləşməyə getmirlər. İstisna etmirəm ki, hansısa banklar könüllü birləşə bilərlər. Banklar gərək sağlam olsunlar. Belə qeyr-sağlam bankların birləşməsi mümkün deyil”. Ekspertin sözlərinə görə, sağlam bankların birləşdirilməsi bank sektoruna təsir edə bilə: “Sağlam, lakin müəyyən problemləri olan banklar birləşdirilsə, bazara təsiri müsbət olacaq. Çünki bu birləşmə nəticəsində yaranan bank güclü olacaq. Qeyri-sağlam banklar birləşdirilsə, vəziyyət daha da pisləşəcək. Həmin bankları əslində bağlamaq lazımdır. Nəticə etibarı ilə birləşmə prosesi ilə yanaşı, qeyri-sağlam bankların bağlanması davam edərsə, müsbət dəyişikliyə ümid etmək olar. Əks halda, daha da pis olacaq”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, əslində bankların birləşməsi, böyük bankların yaranması iqtisadiyyat üçün pozitiv bir addım ola bilərdi: “Amma Azərbaycanda bank sektorunda böyük problemlərin olduğunu nəzərə almaq lazımdır. Yəni əsas problemlərdən biri odur ki, birləşmə baş verərkən tək aktivlər yox, passivlər birləşdirilir. Bankların tək gəlirli sahələri yox, həm də problemli sahələri, xərcləri birləşdirilməlidir. Bir çox banklar bir-birinin problemini özlərinə götürmək istəmirlər. Çünki bank sektorunda ümumiyyətlə ciddi problemlər var. Ona görə də birləşmə vaxtı dövlət yardımı və banklara heç bir təşviq tətbiq olunmayacaqsa, banklar başqalarının problemini öz üzərinə götürməkdə çətinlik çəkirlər. Ona görə həm birləşdirilmə istəyən banklar çox güman ki, Mərkəzi Bankdan hər hansı addım gözləyirlər.
Yəni təşviq və yardımlar olsun ki, onlar bu prosesə getsinlər. Əgər bu, baş verməyəcəksə, birləşmə də baş verməyəcək və bir çox bankların müflis olub sıradan çıxmasından başqa yol qalmayacaq. Xırda bankların bağlanması sürətlənəcək. İnzibati yollarla bunun uzun müddət qarşısını almaq mümkün deyil. Sadəcə, indi ajiotajın qarşısını almaq üçün Mərkəzi Bank belə bir qərar verdi ki, altı bankdan sonra bankların lizensiyasının alınması dayandırılsın. Bankların bağlanmasının dayandırılması bununla bağlıdır və müvəqqətidir. Amma birləşməsi üçün banklara müəyyən güzəştlər və təşviqlər təklif olunmalıdır. Mərkəzi Bank və hökumət tərəfindən güzəştlər olmalıdır. Əgər bu, olmayacaqsa, bir müddət sonra yenidən bankların bağlanması və müflis elan olunması məsələsi gündəmə gələcək”.
Qeyd edək ki, ölkədə ilin əvvəlində altı kommersiya bankının lisenziyasının ləğv edilməsi, bununla bərabər, konsalidasiya tədbirlərinin gücləndirilməsi banklarla bağlı yaranan psixoloji gərginliyi bir qədər də artırıb. Ekspertlər bağlanacaq bankların qısa müddət sonra sayının artacağını istisna etmirlər.
Milli Məclisin deputatı Vahid Əhmədov da bankların birləşməsinin vacibliyini qeyd edib: “İslahatın aparılmasının əsas məqsədi iri kapitalı yığmaq, həmin bankların dövriyyə vəsaitinin, nizamnamə kapitalının, kredit portfelinin yüksək olmasına çalışmaq olmalıdır. Belə olarsa, banklar insanlara kreditləri də aşağı faizlə verə bilərlər. Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyaya gedib. Bu faktor da bank sisteminə ciddi təsir göstərib. Yəni bank sisteminin özünün də bu gün köməyə ehtiyacı var”.
 
Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov zəif, problemi olan bankların sistemdən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ilkin mərhələdə sistemi tərk edən banklar ödəmə qabiliyyətini itirənlərdir: “Maliyyə sektorunda konsolidasiya problemləri həmişə diqqət mərkəzində olub. Bağlanmış banklara diqqət yetirsək görərik ki, onların ölkənin sosial-iqtisadi sistemində rolu bir o qədər də böyük deyil. Əksinə, maliyyə sabitliyi üçün problemlər yarada bilərdi”. E.Rüstəmov bildirib ki, onun rəhbərlik etdiyi qurum bir neçə banka birləşmək üçün 1 ay vaxt verib: “Bu proses başa çatmalı və onlar vahid banka çevrilməlidirlər”.
Previous Post

Təhlükədə olan banklar birləşmək istəmir

Next Post

Dollar kreditləri məsələsi dalana dirənib

Bənzər yazılar

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib. Elchi.az xəbər verir ki, Zelenski...

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib

26 Avqust 2026 - 23:15

İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin...

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

26 Avqust 2026 - 23:12

Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək. Elchi.az -ın məlumatına...

Qətərin Baş naziri sabah İrana səfər edəcək

Qətərin Baş naziri sabah İrana səfər edəcək

26 Avqust 2026 - 23:09

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri...

Next Post

Dollar kreditləri məsələsi dalana dirənib

Dollar kreditləri məsələsi dalana dirənib

Son xəbərlər

DİM magistratura imtahanlarının statistikasını açıqladı

DİM: Plan yerləri ən çox III ixtisas qrupunda dolub

27 Avqust 2026 - 12:25
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Subbakalavrların ali məktəblərə qəbulunda azalma qeydə alınıb

27 Avqust 2026 - 12:23
DİM bu imtahanın nəticələrini elan etdi

DİM ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları açıqladı

27 Avqust 2026 - 12:12
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

27 Avqust 2026 - 11:58
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

27 Avqust 2026 - 11:48
Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

27 Avqust 2026 - 11:32
Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib

27 Avqust 2026 - 11:30
Rusiya şirkətinə məxsus iki logistika obyektinə dronlar hücum edib

Rusiya şirkətinə məxsus iki logistika obyektinə dronlar hücum edib

27 Avqust 2026 - 11:25
Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

27 Avqust 2026 - 11:13
DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib

27 Avqust 2026 - 11:07
Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

27 Avqust 2026 - 11:00
UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

UEFA Çempionlar Liqası: “Fənərbağça” və “Qalatasaray”ın qazancı bəlli oldu

27 Avqust 2026 - 10:52
Bill Qeyts süni intellektdən artan risklər barədə xəbərdarlıq edir

Bill Qeyts süni intellektdən artan risklər barədə xəbərdarlıq edir

27 Avqust 2026 - 10:45
ABŞ-da kiçik təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

ABŞ-da kiçik təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

27 Avqust 2026 - 10:31
Nvidia-nın gəliri Süni İntellekt tələbatı ilə ikiqat artır

Nvidia-nın gəliri Süni İntellekt tələbatı ilə ikiqat artır

27 Avqust 2026 - 10:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.