Bu gün – dekabrın 27-də Təbrizin “Vadi rəhmət” qəbiristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı 10-dan çox şəxs həbs edilib.
Elchi.az xəbər verir ki, polis, SEPAH və təhlükəsizlik məmurlarının həbs edərək naməlum yerə apardığı şəxslər arasında hələlik milli-mədəni fəal İbrahim Mühacirin kimliyi müəyyənləşdirilib. Aylar Həqqinin atası və anası da həbs edilənlər arasındadır.
Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarında Təbrizdə keçirilən etiraz aksiyası zamanı Tibb Universitetinin tələbəsi, tələbə hərəkatı fəalı Aylar Həqqi hökumət məmurları tərəfindən öldürülüb.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...