Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir.
Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu məsələ Üçtərəfli Bəyanatda əksini tapıb:
“Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondna ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir”.
C.Bayramov söyləyib ki, Qarabağda gərginliyə səbəb olan əsas amil qanunsuz erməni silahlı birləşmələrin fəaliyyətidir:
“Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik”.
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib
Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...





















Son şərhlər