Ukrayna xəbərdarlıq xidməti ölkə boyu genişmiqyaslı həyəcan təbili çalacağı barədə xəbərdarlıq edir.
Elchi.az xəbər verir ki, Ukraynanın hər yerində genişmiqyaslı hava həyəcanı elan edilib. Bu barədə Ukraynanın UNIAN nəşri və hava hücumu xəbərdarlığı xidməti məlumat yayıb.
“Bütün Ukraynada hava həyəcanı elan edilib”, – deyə məlumatda bildirilir.
Eyni zamanda, agentlik Ukraynanın bütün sakinlərini təcili olaraq sığınacaqlarda gizlənməyə çağırır.
Sonuncu dəfə Ukraynanın altı regionunda hava xəbərdarlığı elan edilib, bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsinin məlumatları sübut edir.
Resursun məlumatına görə, Dnepropetrovsk, Kirovohrad, Poltava, Sumı, Xarkov vilayətlərində, eləcə də Kiyevin nəzarətində olan Zaporojye vilayətinin rayonlarında hava xəbərdarlığı elan edilib.
Ukraynanın şərqindəki Xarkovda dekabrın 26-da bir neçə partlayış baş verib. Bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov özünün Teleqram kanalında məlumat verib. O, həmçinin bölgədəki insanları “gizlənməyə” çağırıb.
Aysun