"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyanın fiasko olan ABŞ səfəri – Putinin İrəvana İstanbuldan apardığı mesaj

13 Oktyabr 2016 - 09:02
in XƏBƏR LENTİ
FacebookVatsap
Sərkisyanın fiasko olan ABŞ səfəri – Putinin İrəvana İstanbuldan apardığı mesaj

İşğalçı ölkənin baş tutmayan sürpriz-şantajı; Rusiya lideri Ərdoğan və Əliyevlə son görüşlərinin təsiri altında sabah Ermənistan gedir; Kreml başçısının düşmən ölkəyə bir mesajı da Qarabağla bağlı ola bilər, əgər…

Bunu da oxuyun

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Ermənistan prezidenti Serj Sərkisyanın oktyabrın 9-da başlayan ABŞ səfəri başa çatıb. Məlumatlara görə, o, Nyu-Yorkda Ermənistan hökumətinin özünün təşkil elədiyi (!) investisiya forumunda çıxış edib. Tədbirdə məqsəd işğalçı ölkəyə Amerika, Qərb sərmayələrini cəlb eləməkdir. Əslində isə hədəf – növbəti dəfə dilənmək, Amerika ermənilərinin vasitəsilə “fitrə” yığmaqdır. İşğalçı ölkədə iqtisadiyyat varmı ki, ona kimsə sərmayə də qoysun? 
Bu və digər səbəblərdən simptomatikdir ki, Sərkisyanı bu dəfə Amerikada heç it yerinə də qoymayıblar. Hətta erməni analitikləri onun səfərini uğursuz, fiasko hesab edir. Əlbəttə ki, fiaskodan başqa nə ola bilər, əgər onu da nəzərə alsaq ki, Ermənistan, sadəcə, Rusiyanın geridə qalmış quberniyalarından biridirsə.
O da var ki, Sərkisyan dəridən-qabıqdan çıxsa belə, işğalçı ölkədə xarici sərmayələr üçün ideal şərtlər olsa belə, Moskva Qərb amilinin forpost ölkədə güclənməsinə imkan verməz – hər hansı şəkildə. Rusiya hətta qonşu İranın Ermənistanla iqtisadi, energetik sahədə əməkdaşlığının güclənməsinə qısqanc yanaşır, o ki ola ABŞ-ın, Avropa Birliyinin Ermənistana maliyyə-iqtisadi təsir vasitələri əldə eləməsinə.
 
Hər şey qırağa, ortada həll olunmamış Qarabağ ixtilafı, Azərbaycanla müharibə məsələsi var ki, Qərb investorları bu amili də görməzlikdən gələ bilməzlər. 
 
Image result for Sarkisyan
***
Bu xüsusda Sərkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 14 oktyabr İrəvan toplantısı ərəfəsi və İstanbulda prezidentlərin (Putin, Ərdoğan, Əliyev) üçlü görüşü fonunda qəfil ABŞ səfəri daha çox özünətəsəlli, bir az da Rusiyaya uğursuz sürpriz, onu ABŞ-la şantaj etmək təsiri bağışlayır. O Rusiya ki, onun prezidenti Vladimir Putin sabah İrəvana gedəcək. O Putin ki, İrəvana prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə İstanbul görüşündən cəmi bir neçə gün sonra yollanır. Yəni İrəvana “əliboş” yox, müəyyən mesajlarla gedir.
Image result for putin əliyev Ərdoğan
Hər necə olmasa, Rusiya liderinin uğurlu Türkiyə səfəri, İstanbulda imzalanan tarixi anlaşmalar Kremlin xarici siyasətdə Azərbaycan da daxil, türk faktoruna nə dərəcədə önəm verdiyini bir daha ortaya qoyub. Sərkisyanın ABŞ-a uğursuz reveransı ilə bu amilin Rusiya üçün əhəmiyyətini azaltmaq əlbəttə ki, mümkün deyil. 
Burdaca yada salaq ki, Ərdoğanın son Peterburq səfəri zamanı Türkiyə-Rusiya-Azərbaycan formatı barədə irəli sürdüyü təklif öz aktuallığını itirməyib. Yeri gəlmişkən, Putinin İstanbul səfəri Türkiyə-Rusiya əlaqələrinin gözlənildiyindən də sürətlə inkişaf etdiyini, Ankara və Moskvanın əksər məsələlərdə anlaşma içində olduğunu nümayiş etdirdi. İki supergücün yaxınlaşması və anlaşma içində olması isə erməniləri həmişə narahat edib – xüsusən də Qarabağ məsələsinə görə.
Image result for Ermənistan
 
Odur ki, İrəvana, faktiki, İstanbul görüşlərinin təsiri altında yollanacaq Vladimir Putinin Ermənistan rəhbərliyinə bəzi çatdırışlarının olacağı istisna deyil. Bu mesajların konkret nədən ibarət olacağı dəqiq bilinmir. Yəqin ki, çatdırışlar bağlı qapılar arxasında ediləcək. Ehtimal ki, əsas mesaj bu olacaq ki, Ermənistan özünün iqtisadi-siyasi xilasını, xoşbəxtliyini okeanın o tayında yox, burada – regionda axtarsın, ora-bura boylanmasın.
***
Ermənistan isə ara-sıra öz dəyərini Rusiya qarşısında qaldırmaq üçün ara-sıra belə gedişlər edir, “iki stul”da oturmağa çalışır. Təzəlikcə İrəvanın Avropa Birliyi ilə yeni əməkdaşlıq sənədi imzalamaq niyyətinə düşməsi də eyni qəbildən manevrlərdir. Təbii ki, Moskva buna heç vaxt imkan verməz. Bunu İrəvanda da yaxşı bilirlər.
Image result for Avropa Birliyi
Amma qarşılığında İrəvanın Rusiyadan yenə nəsə qoparmaq istəyi istisna deyil – hərçənd, Moskva erməniləri artıqlaması ilə öz yaxşılığını edib və edir: Dağlıq Qarabağı, digər Azərbaycan ərazilərini işğalda saxlamaqda kömək edir, Ermənistanın iqtisadi cəhətdən ayaqda durmasını, əhalisinin acından ölməməsini təmin edir, onun Türkiyə və İranla sərhədlərini qoruyur, güzəştli qiymətlərə, bəzən isə havayı silahlar verməklə ordusunun Azərbaycan silahlı qüvvələrindən geri qalmamasına çalışır, bütövlükdə Ermənistan adlı saxta dövlətin mövcudluğunun əsas qarantı rolunda çıxış edir. Başqa hansı yaxşılıq olmalıdır ki, ermənilər naşükürlük eləməsin?..
Image result for Kreml
***
Doğrudur, İstanbulda Qarabağ mövzusu diqqətdə olmayıb. Ancaq istisna deyil ki, qapalı təmaslar zamanı bu mövzuya da toxunulub. Dağlıq Qarabağ məsələsi diqqət mərkəzində olmasa belə, yuxarıda vurğulandığı kimi, İstanbul görüşlərində türk amilinin Rusiya üçün önəmi bir daha qabarıq şəkildə üzə çıxıb ki, bu da xırda məsələ deyil. Cırtdan Ermənistan üçünsə böyük və ciddi məsələdir. Eyni zamanda mesajdır.
 
Yaxşı olar ki, Kreml başçısının bir mesajı da Ermənistanı Qarabağ məsələsində ağıllandırmaqla bağlı olaydı. Elə bir mesaj ki, müharibədən qaçmaq üçün İrəvanı konstruktiv mövqe tutmağa vadar eləsin. Hər halda, böyük müharibə Kremlə sərf eləmir. Ən azından ona görə ki, inkişafda olan Ankara-Moskva münasibətləri, on milyardlarla dollarla ölçülən böyük iqtisadi-enerji layihələri o zaman böyük risk altına düşə bilər. 
 
Cırtdan Ermənistana görə dəyərmi? 
Previous Post

Sərkisyanın fiasko olan ABŞ səfəri – Putinin İrəvana İstanbuldan apardığı mesaj

Next Post

Ərdoğanın qəbri olayına “Qurdlar Vadisi”ndən cavab – Foto

Bənzər yazılar

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37

Çinli alimlər bitkilərin patogenləri daha tez tanımasına və məhv etməsinə imkan verən fərdiləşdirilmiş bitki immun reseptorları yaratmaq üçün dünyanın ilk...

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36

ABŞ Prezidenti Donald Tramp iyun ayında ümumi dəyəri 78,1 milyon dollardan 263,1 milyon dollaradək qiymətləndirilən mindən çox qiymətli kağız əməliyyatı...

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28

Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyevin vəfatından bir il ötür. 1985-ci ildə Zığ qəsəbəsində anadan olan Zahir...

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Next Post

Ərdoğanın qəbri olayına “Qurdlar Vadisi”ndən cavab - Foto

Ərdoğanın qəbri olayına “Qurdlar Vadisi”ndən cavab - Foto

Son xəbərlər

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31
Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.