Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
Bu barədə qərar Səbail rayon Məhkəməsində çıxarılıb.
Məhkəmənin qərarına əsasən, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.
Onu da qeyd edək ki, Səlim Müslomov ev dustaqlığına buraxılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Kürdəmirdə açıq ərazidə baş verən yanğın söndürülüb. FHN-dən Elchi.az-a verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi tərəfindən...





















Son şərhlər