"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15 Fevral 2019 - 15:41
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Fevralın 11-də ölkənin əsas gündəmi xəstəyə süni ürəyin köçürülməsi xəbəri oldu. “Azərbaycanda inanılmaz əməliyyat: xəstəyə süni ürək köçürüldü” manşeti bütün medianın dilindən düşmədi və bu elə təqdim edildi ki, sanki Hipokrat Azərbaycan səhiyyəsinin uğurunu ayaq üstə alqışlamaq üçün qəbirdən çıxaraq, ölkəmizə təşrif buyurub.
Səhiyyə Nazirliyinin rəsmi məlumatında deyilir: “Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 2019-cu il fevralın 3-də ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası uğurla həyata keçirilib”.
Miq.Az xəbər verir ki, bu tibb elminə məlum olmayan, ilk dəfə həyata keçirilən hadisə kimi təqdim edilir, hərçənd, araşdırmalar böyük bir şou təşkil edildiyini ortaya çıxardı.
Söhbət Ventricular Assist Devices (VAD) qurğusundan gedir və bu, cihaz dünya tibb elminə çoxdan məlumdur, hətta artıq köhnəlmiş hesab olunur. Lakin bu, dünya tibbinin “süni ürək” dediyi qurğu deyil. Səhiyyə Nazirliyinin süni ürək kimi təqdim etdiyi qurğu –  VAD (https://cardiacsurgery.ucsf.edu/conditions–procedures/ventricular-assist-devices-(vad).aspx) ürəyin ucuna taxılan köməkçi funksiyanı yerinə yetirir. VAD qurğusunun funksiyası ürəyin həcmi ürəyi ata bilməyəndə onun üçün istifadə olunur. Yəni, Ventricular Assist Devices köməkçi ürək cihazıdır. Onun kimi oxşar peysmeykerlər, kardiostimulyatorlar, ürəyin müxtəlif fərqli aparatları və cihazları var.
 
Azərbaycanda illərdir bu qurğulardan istifadə edilir, yəni məsələ heç də Səhiyyə Nazirliyinin təqdim etdiyi kimi “inanılmaz” deyil. Bu qurğu 10 il bundan əvvəl 5 yanvar 2009-cu il tarixində Mərkəzi Neftçilər Xəstəxanasında, ikinci dəfə isə 2013-cü ildə Mərkəzi Klinik Xəstəxanada həkimlər tərəfindən ürəyə taxılıb. Üçüncü əməliyyat isə 2019-cu il fevralın 3-də keçirilən əməliyyatdır. Lakin hər üç əməliyyat “süni ürək” qoyulması yox, köməkçi ürək pompası və ya aparatının qoyulmasıdır. Səhiyyə Nazirliyi isə bu əməliyyatı “süni ürək köçürülməsi” adı ilə insanlara təqdim edir. Halbuki, 2013-cü ildə Mərkəzi Klinik Xəstəxanada baş həkim, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayevin keçirdiyi əməliyyatı rəsmi dövlət agentliyi olan AZERTAC işıqlandırmışdı. (https://www.youtube.com/watch?v=FPEfpaUZMMI&feature=youtu.be). Səhiyyə Nazirliyi isə son əməliyyatı “İLK DƏFƏ” yalanı ilə yayır.
Bununla yanaşı, sonuncu əməliyyatı keçirən ürək-damar cərrahı Anar Əmrah da mətbuata açıqlamasında etiraf edir ki, “süni ürək” əməliyyatını ilk dəfə Kamran Musayev keçirib.
“Mən də təsdiqləyirəm ki, Azərbaycanda ilk süni ürək əməliyyatını Kamran Musayev öz komandası ilə gerçəkləşdirib. Bizim işimizdə ilk olan isə, ən kiçik süni ürəyin xəstəyə qoyulmasıdır”, – deyə o bildirib.
Lakin cərrah yenə də əməliyyatın “süni ürək” yox, köməkçi ürək pompası və ya aparatının qoyulmasını dilə gətirməyib.
Səhiyyə Nazirliyi isə  ictimaiyyətə verdiyi yalan xəbərə aydınlıq gətirmir. Halbuki, belə bir xəbəri ölkənin vətəndaşlarının sağlamlağının keşiyində durması məhz vəzifə borcu olan Səhiyyə Nazirliyinin rəsmi saytında və kütləvi informasiya vasitələrində verilməsi cəmiyyəti həm çaşdırmaq, həm də aldatmaqdır. Səhiyyə Nazirliyi bu xəbəri yaymaqla həm də öz yalanını təsadüfən üzə çıxartdı.
Nazirliyin saytına yerləşdirilən əməliyyatın fotolarında görünür ki, Assist Devices köməkçi cihazını üç həkim xəstənin ürəyinə taxır və ürək-damar cərrahı Anar Əmrah və başqa bir xanım kənardan müşahidə edir. Sonra da Səhiyyə Nazirliyi bunu dünyada analoqu olmayan bir hadisə kimi cəmiyyətə çatdırır. Burada deyiblər ki, “Yalan ayaq tutar, amma yeriməz”. Hər şey göz qabağındadır. İndi nəticə çıxartmaq qaldı Səhiyyə Nazirliyindən…
Previous Post

Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

Next Post

Azərbaycanlı dünya çempionu həbs edildi – Arvadını döyüb

Bənzər yazılar

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Next Post
Azərbaycanlı dünya çempionu həbs edildi – Arvadını döyüb

Azərbaycanlı dünya çempionu həbs edildi - Arvadını döyüb

Azərbaycanlı dünya çempionu həbs edildi – Arvadını döyüb

Azərbaycanlı dünya çempionu həbs edildi - Arvadını döyüb

Son xəbərlər

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.