"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Suvar”ansamblı 30 illiyini möhtəşəm yubiley konserti ilə qeyd edib

03 İyun 2026 - 11:09
in XƏBƏR LENTİ, CƏMİYYƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

“Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı yaradıcılıq fəaliyyətinin 30 illiyini yubiley konserti ilə qeyd edib. 30 may tarixində Heydər Əliyev Sarayında keçirilən konsertdə kollektivin illər ərzində formalaşmış zəngin səhnə ənənələri və rəngarəng rəqs nömrələri tamaşaçılara təqdim olunub.
Gecədə müxtəlif qonaqlar iştirak edib və maraqlı çıxışlar səsləndirilib. Tədbirdə iştirak edən qonaqlar öz təəssüratlarını və təbriklərini bölüşüblər.
Millət vəkili Azər Badamov: “Bu gün Ümummilli Lider Heydər Əliyevin adına olan möhtəşəm Sarayda Azərbaycanın zəngin mədəni palitrasında özünəməxsus yeri olan “Suvar” Ansamblının 30 illik yubileyi qeyd olunur. Bu yubiley təkcə bir kollektivin yaradıcılıq bayramı deyil, həm də ölkəmizin multikultural dəyərlərinin, xalqlarımız arasında dostluğun və həmrəyliyin təntənəsidir. “Suvar” Ansamblı 30 il ərzində ləzgi xalqının zəngin folklorunu, musiqisini və rəqs mədəniyyətini yaşadaraq gələcək nəsillərə ötürmüş, eyni zamanda bu irsi Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi təqdim etmişdir. Azərbaycan tarixən müxtəlif xalqların, dillərin və mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı bir məkan olub. Bu gün “Suvar” Ansamblının fəaliyyəti bir daha göstərir ki, mədəni müxtəlifliyimiz bizim ən böyük sərvətlərimizdən biridir. Ləzgi mədəniyyətinin yaşadılması və inkişafı eyni zamanda ümumi Azərbaycan mədəniyyətinin zənginləşməsinə xidmət edir. Ansamblın hər çıxışında biz təkcə gözəl musiqi və rəqslər deyil, həm də xalqımızın birlik ruhunu, qarşılıqlı ehtiramını və milli həmrəyliyini görürük. Məhz bu dəyərlər Azərbaycan cəmiyyətinin gücünü və dayanıqlığını təmin edir. Bu əlamətdar yubiley münasibətilə “Suvar” Ansamblının rəhbərliyini, sənətçilərini və kollektivin uğurlarında əməyi olan hər kəsi ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq nailiyyətləri, möhkəm cansağlığı və bol uğurlar arzulayıram. Qoy “Suvar” Ansamblının sənət yolu bundan sonra da ölkəmizdə xalqlar arasında dostluğun, mədəni həmrəyliyin və qarşılıqlı hörmətin daha da möhkəmlənməsinə xidmət etsin. 30 illik yubileyiniz mübarək olsun!”.
“Suvar” Ansamblının yaradıcısı Sədaqət Kərimova: “Suvar mənim bir övladımdır, mən hər zaman onlara ana kimi yanaşmışam. Suvar çox çətin yollardan keçdi, amma yenə də öz qamətini və fəaliyyətini qoruyub saxladı. “Suvar” ansamblının hazırkı rəhbəri Zavir Nəcəfov hər zaman mənə dəstək göstərib, yaxşı və pis günlərdə kollektivin yanında olub, tələbələrimizə dayaq durub. Bir müddət sonra ansamblı ona təhvil verdim. Nə yaxşı ki, o, çox gözəl rəhbər olmağı bacardı. Ansamblın inkişafı üçün əlindən gələni edir. Mən hər zaman onlarla qürur duymuşam.”
“Suvar” Ansamblının solisti Elvina Heydərova: ““Suvar” Ansamblı mənim üçün sadəcə bir kollektiv deyil, həyatımın və yaradıcılıq yolumun ayrılmaz hissəsidir. Bu ansamblda keçirdiyim illər ərzində çox gözəl xatirələr qazanmışam. Birlikdə çıxdığımız səhnələr, yaşadığımız həyəcanlar, sevinc dolu anlar mənim üçün çox dəyərlidir. “Suvar” mənə təkcə sənət yolu deyil, həm də doğma insanlar, səmimi münasibətlər və böyük bir ailə qazandırıb. Bu kollektivin solisti olmaq mənim üçün hər zaman qürur mənbəyi olub. Bu gün xüsusilə ansamblın yaradıcısı Sədaqət Kərimovaya dərin minnətdarlığımı bildirmək istəyirəm. Onun zəhməti, uzaqgörənliyi və milli mədəniyyətimizə olan sevgisi sayəsində “Suvar” Ansamblı yaranıb və bu günə qədər böyük uğurlarla yoluna davam edir. Onun qoyduğu yol və dəyərlər bizim üçün hər zaman örnəkdir. Eyni zamanda, bu möhtəşəm yubiley konsertinin təşkilinə böyük əmək sərf edən ansamblın rəhbəri Zavir Nəcəfova da təşəkkürümü bildirirəm. Onun əməyi, qayğısı və kollektivə olan sevgisi sayəsində bu gözəl gecə ərsəyə gəlib. Belə insanların sayəsində “Suvar” yaşayır, inkişaf edir və yeni uğurlara imza atır. “Suvar” Ansamblının 30 illik yubileyi münasibətilə bütün kollektivimizi ürəkdən təbrik edirəm, hər bir üzvə can sağlığı, yeni yaradıcılıq uğurları və bol alqışlar arzulayıram.”
Polkovnik Rəşad Aslanov: “Suvar” Ansamblına mən də öz növbəmdə uğurlar arzulayıram. Xalqımızı, ölkəmizi dünyanın müxtəlif ölkələrində uğurla təmsil etməsi bizim üçün böyük uğur və fəxr hissi yaradır. Onların keçdiyi bu uzun və uğurlu yolun davamı daha da parlaq olsun. Bu gün artıq uzun illərdir ki, bu ansambl öz səsi ilə səs salır. Sədaqət Kərimova, Zavir Nəcəfov başda olmaqla bütün kollektivi, yaradıcı heyəti eyni zamanda xalqımızı təbrik edirəm. Uğurlar daim sizinlə olsun.”
Konsert müxtəlif rəqs nömrələri və səhnə çıxışları ilə coşqulu atmosferdə yadda qalıb. Tədbirin sonunda ansamblın rəhbəri Zavir Nəcəfov Dağıstanın xalq artisti, “Ləzginka” ansamblının veteranı və “Vətən” ansamblının bədii rəhbəri Ali Maqomedoviç tərəfindən Dağıstan Xoreoqraflar Cəmiyyəti adından medalla təltif olunub. Sonda Zavir Nəcəfov öz arzularını bölüşüb: “Ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etmək bizim missiyamızdır. Nə yaxşı ki, bunu bacarmışıq və daha da inkişaf etməyimiz üçün əlimizdən gələni edəcəyik.” Son olaraq biz də öz növbəmizdə “Suvar” ansamblı təbrik edir, fəaliyyətində böyük nailiyyətlər diləyirik.
Havar Şəfiyeva
Previous Post

İranın Küveytə kamikaze hücumu: Yaralılar var

Next Post

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib

Bənzər yazılar

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Məlumata görə,...

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin...

Next Post
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.