Suriya Rusiyanın birləşdirilən ərazilərlə yeni sərhədlərini – DXR, LPR, Xerson və Zaporojye vilayətlərini tanıyır. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə müsahibəsində Ərəb Respublikasının prezidenti Bəşər Əsəd deyib.
“Əlbəttə. Mən deyirəm ki, bunlar Rusiya əraziləridir və müharibə olmasa belə, tarixən Rusiyanın əraziləridir”, – deyə Suriya lideri bildirib.
Əsəd xatırladıb ki, Suriya bu bölgələri hələ Rusiyaya qoşulmazdan əvvəl tanıyıb. O, Dəməşqin tarixi faktlara əsaslanan aydın və eyni zamanda qətiyyətli mövqeyində tərəddüd etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd çərşənbə axşamı, martın 14-ü axşam saatlarında Moskvaya gəlib. Kremldə Rusiya lideri Vladimir Putinlə danışıqlar Moskva vaxtı ilə saat 17:06-da başlayıb, üç saat davam edib və axşam saat 20:00 radələrində başa çatıb. Kreml qeyd edib ki, danışıqlar zamanı ikitərəfli münasibətlər, Suriyadakı münaqişənin həlli, eləcə də bütövlükdə Ərəb Respublikasındakı vəziyyət müzakirə olunacaq.
Havar Şəfiyeva