ABŞ prezidenti Co Baydenin administrasiyası TikTok-un çinli sahiblərindən məşhur video proqramdakı paylarını satmağı tələb edib. Əks halda şirkət ABŞ-da qadağan oluna bilər. Elchi.az Lent.ru-ya istinadən xəbər verir.
TikTok, ABŞ Xəzinədarlığının rəhbərlik etdiyi Xarici İnvestisiya Komitəsindən bildiriş alıb ki, bu da proqramın Çinli sahiblərindən öz səhmlərini satmağı tələb edib. Video proqram sahibi ByteDance təsdiqləyib ki, səhmlərinin 60 faizi qlobal investorlara, 20 faiz işçilərə və 20 faiz təsisçilərə məxsusdur.
Havar Şəfiyeva