Süni intellekt sahəsində çalışan onlarla yüksək səviyyəli rəhbər və akademik bu texnologiyanın “qlobal məhvinə” qarşı tədbir görülməli olduğunu bildirərək bəyanat yayıb.
Elchi.az xəbər verir ki, Bəyanat San-Fransiskoda yerləşən tədqiqat və qeyri-kommersiya təşkilatı olan Süni İntellekt Təhlükəsizliyi Mərkəzi (CAIS) tərəfindən dərc edilib.
OpenAI-nin baş direktoru Sam Altman, süni intellektin “xaç atası” Geoffrey Hinton, Google DeepMind və Anthropic şirkətlərinin rəhbərləri və baş tədqiqatçıları, Microsoft-un baş texnologiya direktoru Kevin Skott; İnternet təhlükəsizliyi və kriptoqrafiya üzrə qabaqcıl Bruce Schneier; iqlim müdafiəçisi və ekoloq Bill McKibben, musiqiçi Qrayms imzalayanlar arasındadır.
Bəyanatda deyilir ki, “süni intellekt nüvə müharibəsi qədər təhlükəlidir. Bu, insan övladının yox olmasına səbəb ola bilər”.
Bəyanat ChatGPT-nin viral uğurunu izləyir.
Artan sayda qanunvericilər, müdafiə qrupları və texnoloqlar süni intellektlə işləyən chatbotların dezinformasiya yaymaq və iş yerlərini məhv etmək potensialı barədə xəbərdarlıq ediblər.
Şayəstə Hüseynova