Şərhçilər baş nazir Sunakı tənqid edərək bildiriblər ki, Qərb münaqişədən pul qazanır.
Elchi.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Daily Mail oxucuları tərəfindən Ukraynaya tank tədarük etmək planlarına görə tənqid edilib.
Şərhçilərdən biri vurğuladı: “Unutmayın ki, Putin Ukrayna münaqişəsinə digər ölkələrin müdaxiləsindən danışıb. O, blef etmir”.
Digər şərhdə isə qeyd olunub ki, “bu bizim problemimiz deyil, biz bundan uzaq durmalıyıq, üçüncü dünya müharibəsini istəmirik”.
Bundan başqa, qəzetin oxucuları tibb bacıları, həkimlər və müəllimlər üçün pul ayırmağı təklif ediblər.
Şərhçilər “təəssüf ki, Qərbdə bir çox insanın Ukrayna münaqişəsindən pul qazandığına” da diqqət çəkiblər.
Şayəstə