Böyük Britaniyanın baş naziri Rişi Sunak Britaniya nazirləri və rəsmilərindən Londonla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin bərpası üçün planlar hazırlamağı xahiş edib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Söhbət müdafiə, miqrasiya siyasəti və xarici siyasətin iqtisadiyyatı sahələrində daha sıx tərəfdaşlıqdan gedir. Həmçinin bildirilir ki, Aİ ilə münasibətlərin yaxşılaşdırılmasının əsaslarından biri də Şimali İrlandiya üçün ticarət sazişləri ilə bağlı mübahisənin həlli hesab olunur.
Böyük Britaniya 1973-cü ildən Aİ-nin üzvüdür, lakin 2016-cı ildə ölkədə referendum keçirildi və nəticədə britaniyalıların 51%-i “Brexit”-ə səs verdi. Formal olaraq, ölkə 2020-ci il fevralın 1-də Aİ-nin üzvlüyünü dayandırdı.
2020-ci ilin dekabrında London və Brüssel Böyük Britaniya ilə əlaqənin tam kəsilməsindən sonra tərəfdaşlığın şərtlərini müəyyən edən ticarət və əməkdaşlıq sazişi üzərində razılığa gəliblər. Ancaq problemli məsələlər, xüsusən də Şimali İrlandiya ilə bağlı əngəllər qalıb.
Yeganə