Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.
Elchi.az xəbər verir ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Müşfiq Tağıyevin öldürülən şəxslərlə qonşu olduğu bildirilir.
Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da...





















Son şərhlər