Yaxın bir neçə il ərzində Ukrayna enerji problemlərinə görə ciddi çətinliklərlə üzləşəcək.
Elchi.az xəbər verir ki, bu fikirləri Ukrayna Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko deyib.
“Bizim ən böyük problemimiz istilik enerjisidir, o, əsasən kömürdür. Buna görə də bu il kömür istehsalı ilə bağlı çətinliklərimiz var. Gələn il bu, daha da çətin olacaq, iki ildən sonra isə fantastik dərəcədə çətin olacaq”, – ekspert “Radio NV” Youtube kanalına müsahibəsində bildirib.
Nuranə Məmmədova