"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Sülh olmasa ayaq altında qalacaqlar”

21 Noyabr 2023 - 16:00
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “35 il öncə ABŞ Azərbaycanda erməni seperatizmini dəstəkləməklə Avropada qanlı seperatizmə yol açdı və bu gün də tökülən qanlara görə birbaşa məsuliyyət daşıyır”

Bunu da oxuyun

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, ABŞ Senatının noyabrın 15-də qəbul etdiyi ermənilərin müdafiə aktına münasibətinizi bilmək istərdik.

– Bu gün Milli Məclis bu bədnam akta tutarlı cavab verdi. “ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” aforizmi elə-belə yaranmayıb. ABŞ onunla dostluq və yaxından əməkdaşlıq edənləri sonda həmişə peşiman edib. Əslində bizə münasibətdə belə bir aktın qəbul olunması da gözlənilən idi. 35 il öncə ABŞ Azərbaycanda erməni seperatizmini dəstəkləməklə Avropada qanlı seperatizmə yol açdı və bu gün də tökülən qanlara görə birbaşa məsuliyyət daşıyır. Beynəlxalq hüququ öz maraqlarına uyğun şərh edən, xarici siyasəti mənəvi dəyərlərdən uzaqlaşan bu böyük güc kiçik dövlətlər üçün böyük təhlükə mənbəyinə çevrilir. Ermənistanın Rusiyada arzuladıqları, yaxud planlaşdırdıqları hakimiyyət dəyişikliyinə qədər sülhdən yayındırılmasına haqq qazandırmaq üçün günahı Azərbaycanın üzərinə atıb, Azərbaycanı xəyali, guya gələcəkdə baş verəcək hansısa aqressiyada ittiham etmək bunun əyani sübutudur. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, amma işğalçı Ermənistana və işğalçı dövlət tərəfindən yaradılmış qondarma rejimə siyasi və maliyyə dəstəyi vermək, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmək, ərazi bütövlüyünü bərpa edən ölkəmizi buna görə təbrik etməmək siyasi riyakarlığın parlaq nümunəsidir.

– Bəzi ekspertlər ABŞ-ın bu cür davranışını ölkəmizin Rusiya və İranla əməkdaşlıq etməsi ilə birbaşa bağlayırlar. Siz necə düşünürsünüz?

– Onlar və onların bizim vətəndaşlarımızdan olan “pet”ləri Azərbaycanı ittiham edirlər ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün Rusiya ilə anlaşıb. Əgər bu belədirsə, burda qəbahət olan nədir? Onların məntiqinə görə biz torpaqlarımızı azad etmək üçün mütləq Ermənistanla yanaşı Rusiya ilə də müharibə etməliymişik. Onlar nə dediklərinin fərqindədirlər? ABŞ bu gün bir yandan Rusiyaya sanksiya tətbiq edir, amma özünə lazım olan zənginləşdirilmiş uranın Rusiyadan alışını 2,5 dəfə artırır. ABŞ-a lazım olanda o, Rusiya ilə əməkdaşlıq edə bilər, amma başqaları yox. Bu nə xəstə təfəkkürdür?! ABŞ İranla anlaşıb İranın 6,5 milyard dolalrını qaytarmaq öhdəliyi götürə bilər, amma biz ana vətəndən ayrı salınmış Naxçıvana nə Zəngəzurdan, nə də İran üzərindən (Cənubi Azərbaycandan) dəmir yolu çəkə bilmərik. Niyə? Çünki bu zaman Türkiyə, İran və Rusiya da bu yoldan istifadə edə bilər. İranla Rusiya arasında dəmiryolu əlaqəsi yaranar. Amma İranın Ermənistanla qardaşlaşması, hərbi, siyasi, iqtisadi əlaqələr qurması onları qətiyyən narahat etmir. Budur bunların “əxlaqlı” siyasəti. İranla torpaqlarımızı işğal etmiş Ermənistan arasında münasibətlərə, Zəngəzur dəhlizinə yanaşmasına və onların bizə münasibətdə yürütdüyü dini təəssübküşlikdən uzaq siyasətə görə aramızda gərginlik yaşanır. Buna baxmayaraq, İran müsəlman, dövlət siyasətində özünü göstərməsə də, həm də bir türk dövlətidir, orda əhalinin az qala yarısı Azərbaycan türküdür, bizim yaxın qonşumuzdur. Məhz bu səbəbdən, İranda hansı rejimin olmasından asılı olmayaraq, biz əməkdaşlıda həmişə maraqlı olmuşuq və olmalıyıq.

– ABŞ-ın Azərbaycan siyasəti Ermənistanın maraqlarına nə dərəcədə cavab verir?

– Ermənistan ABŞ-dakı islamafobiyadan, zəngin erməni diasporasından və siyasilərin korrupsiyalaşmasından (arvadı erməni, türk düşməni, ifşa olunmuş senator Bob Menendez buna bariz nümunədir) istifadə edərək ABŞ-Azərbaycan münasibətlərini korlayır. Onun işğalçı siyasətini dəstəkləmədiyi üçün Rusiyaya arxa çevirib Qərbə xoş gəlmək istəyirlər. Düşünürlər ki, Gürcüstan üzərindən Avropaya çıxışları var. Başa düşmürlər ki, Gürcüstanda Rusiyayönümlü hakimiyyət var və Gürcüstan Ermənistana silah ötürməklə dar günüdə ona kömək etmiş Azərbaycanı satdığı kimi, Rusiya üstlərinə qışqırarsa, yaxud gözlərini ağardarsa və ya Azərbaycan əlavə nələrsə təklif edərsə, çox asanlıqla onları da satacaq. Anlamırlar ki, sülh olmasa ayaq altında qalacaqlar. ABŞ uzaq, biz isə onların qonşusuyuq. ABŞ çoxlarına xəyanət etdiyi kimi bir gün onları da satacaq, Türkiyə və Azərbaycanın qapıları onların üzünə bağlı qalacaq, heç bir əməkdaşlıq olmayacaq. Yenə də kiminsə forpostu, əlaltısı olaraq qalacaqlar.

 

Previous Post

Ərəb dövlətləri Mahmud Abbasın istefasını istəyir

Next Post

Azərbaycanda bu virusa qarşı peyvəndlənmə başladı

Bənzər yazılar

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

29 Oktyabr 2026 - 16:46

Nyu-Yorkda uşaqlarla dostluq və romantik münasibətləri imitasiya edən çat-botların istifadəsi məhdudlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə ştat qubernatorunun saytında...

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

29 Oktyabr 2026 - 15:16

Böyük Britaniya və Almaniya noyabrın 17-də NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasını keçirəcək. Elchi.az xəbər verir ki,...

Next Post
Azərbaycanda bu virusa qarşı peyvəndlənmə başladı

Azərbaycanda bu virusa qarşı peyvəndlənmə başladı

Azərbaycanda bu virusa qarşı peyvəndlənmə başladı

Azərbaycanda bu virusa qarşı peyvəndlənmə başladı

Son xəbərlər

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.