Süleyman Soylu: Ankara bu adamın bəyanatlarına məhəl qoymur

263

Süleyman Soylu ABŞ-a inamsızlığından da danışıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin istənilən bəyanatı Türkiyə rəhbərliyi tərəfindən qulaqardına vurulur və əgər respublika nə vaxtsa amerikalılara güvənərsə, onun da taleyi Əfqanıstanın başına gələn kimi olacaq. Yerli Hurriet qəzeti yazır ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu deyib.
“Vaxt var idi ki, Türkiyədə media Qərbə yönəlmişdi. Amerika səfirləri nəsə dedilərsə, əsas gündəm olurdu. İndi ABŞ prezidenti nəsə desə, Türkiyə ona fikir vermir”, – deyə Soylu bildirir.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın dövründə ölkə amerikalıların təsirindən çıxa bilib və hazırda respublikada qərbyönlü siyasət aparacaq bir qurum da yoxdur.
Soylu həmçinin ABŞ-ı Türkiyə sərhədində terror qruplaşması yaratmaq cəhdində ittiham edib. Onun fikrincə, 2022-ci ildə İstanbulda törədilən terror aktını məhz amerikalılar təşkil edib. Türkiyə rəsmisi radikal anti-Qərb mövqe tutur, Amerikanın dünyada getdikcə hörmətini itirdiyini deyib və Avropanı Vaşinqtonun “piyadası” adlandırıb.

Şayəstə Hüseynova