Elchi.az xəbər verir ki, Sudanın qərbində yerləşən 5 əyalətdən ibarət Darfur Bölgəsinin prezidenti və Sudan Azadlıq Hərəkatının lideri “Minni Minnawi” xalqı öz mülklərini qorumaq üçün silaha sarılmağa çağırıb.
Minnavi Twitter-də paylaşıb: “Vətəndaşlara qarşı hücumlar artıb. Çoxları vətəndaşların təhlükəsizliyinə və hüquqlarına məhəl qoymur və milli institutları məhv edir. Ona görə də mən bütün dəyərli vətəndaşlarımızı, qoca-cavan, qadın-kişi, Darfur əhalisini öz mülklərini qorumaq üçün silaha sarılmağa çağırıram”.
Silahlı Sudan Azadlıq Hərəkatının lideri Minnavi qeyd edib ki, onlar da xalqı dəstəkləməyə hazırdırlar.
Nuranə Məmmədova